Bəlkə bir az pul yığaq?

0
4020
Bəlkə bir az pul yığaq?

Business Insider saytı maliyyə mütəxəssisləri ilə məsləhətləşərək maaşlı işçilərin pul yığmasına köməkçi olacaq 9 yolu təyin etdi.

1. Tərsinə düşünün

Əvvəl ehtiyacları ödəyib daha sonra kənara pul qoymaq əvəzinə, əvvəlcə yığmaq istədiyiniz pulu qırağa ayırıb, ondan sonra xərclərinizi planlaşdırın.

2. 5 illik plan hazırlayın

Maliyyə mütəxəssisləri beş illik planlar hazırlamağın faydalı olduğunu düşünürlər. Buna görə də beş il ərzində pul cəhətdən nəyi bacarmaq istədiyinizə qərar verib (məs. Altı aylıq maaş qədər pul yığmaq, ev üçün ilkin ödənişi yığmaq) buna görə hərəkət edin.

3. Özünüzə qaydalar qoyun 

Xərclərinizi nəzarət altında saxlamaq üçün özünüzə qaydalar qoyun. Həyatınız baxımından kritik əhəmiyyət daşımayan şeylərə yüzlərlə manat xərcləməyin. Alış-veriş edərkən də alacağınız məhsullara görə özünüzə bir sərhəd təyin edin.

4. Gizli zəngin kimi yaşayın

Bir çox milyoner sadə bir həyat yaşayar. Onları gündəlik həyatlarında görənlər zəngin olduqlarını anlaya bilməz. Məsələn, Las Vegaslı milyoner David Sapper, ildə 500 min  dollar qazanmasına baxmayaraq aylıq xərclərini 2 min 500 dollarla sərhədləyir. 

5. Təqaüdə çıxacağınız günə hazırlaşın 

Karyerasının başında olanlar üçün təqaüdçülük uzaq bir hədəf kimi görünsə də gənc yaşda təqaüdçülüyə istiqamətli plan qurmaqda fayda var. Mütəxəssislər, "Ev üçün pul  yığarkən qalan hər şeyi gedəcəyiniz dəvətlərə və tətillərə xərcləsəniz necə təqaüdçü olacaqsınız?" deyə soruşur.

6. Büdcə hazırlayın

Əlinizə keçən pulla etdiyiniz xərcləri qeyd etmək məqsədlərinizə çatmaq üçün nə qədər pul ayırmaq lazım olduğunu anlamağa kömək edəcək.

7. Borcdan xilas olun

Əgər kredit kartı borcu kimi yüksək faizli borclara sahibsinizsə bunlardan xilas olmaq birinci növbədə durmalıdır.

8. Gəlirinizi artırın

Mütəxəssislər əlinizdəki pulu artırmağın iki yolu olduğunu söyləyirlər: Daha az xərcləmək və ya daha çox yığmaq. Əgər pul yığa bilməyəcək qədər aşağı bir gəlirə        sahibsinizsə əlavə bir iş görməyi düşünə bilərsiniz.

9. Bir mütəxəssisə müraciət edin 

Maliyyə planlarınıza və hədəflərinizə tərəfsiz bir dünyagörüşüylə yaxınlaşıb sizə tövsiyələr verə biləcək bir mütəxəssis pul yığmağınıza kömək edə bilər.

 

ŞƏRH YAZIN