Warren Buffet 5 qızıl qayda

0
4718
Warren Buffet 5 qızıl qayda

Warren Buffet insanlara özünə sərmayə qoymaq və inkişaf etdirmək üçün 5 qızıl qayda açıqlayıb: 


1. Öyrənməyə vaxt ayırın 
Siz bunun üçün gündəlik və ya həftəlik planlar qura bilərsiniz. Bu plana yeni bir şey öyrənmək, biliklərini möhkəmləndirmək və ya yaradıcılıqla bağlı müxtəlif fəaliyyətlər daxil edə bilərsiniz. Gündəlik, həftəlik, aylıq planların sonunda isə öhdəsindən gəldiyiniz tapşırıqları qeyd etməyi unutmayın. Bu sizə yeni nailiyyətlər üçün motivasiya verəcək. Gün ərzində görməli olduğunuz işlərə ciddi yanaşın və özünüzə qarşı tələbkar olun və gün ərzində hansı biliklərinizi inkişaf etdirmək istədiyinizi müəyyənləşdirin və onun cədvəlini yaradın. Getdikcə məqsədlərinizə nail olacaqsınız.

2. Ətrafınızda daha ağıllı və artıq uğur qazanmış insanların olmasına çalışın 
Ətrafınızda çox uğur qazanmış insan sizin özgüvəninizə mənfi təsir göstərə bilər. Lakin siz bu hissin öhdəsindən gəlib, həmin insanların təcrübəsindən və biliklərindən yararlanmağa başladığınızda, hər şey dəyişəcək. Siz adi söhbətdən də yeni şeylər öyrənmə imkanı əldə edə bilərsiniz.

3. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin 
Hansı peşə sahibi olursunuzsa olun, yaxşı danışıq qabiliyyəti hər kəs üçün böyük üstünlükdür. Əlbəttə, uğur qazanmış və ya ağıllı insanın sizinlə dostluq etmək istəyinin yaranması üçün siz də qarşılığında nə isə təklif etməyi bacarmalısınız. Bu zaman sizin yaxşı ünsiyyət qabiliyyətiniz köməyinizə gələ bilər.

4. Pul xərcləməkdən qorxmayın 
Son illərdə insanlar təhsilə daha çox pul xərcləməyə başlayıblar. Bu əvvəlki illərlə müqayisədə çox böyük inkişaf hesab edilə bilər. Biz indi professional biliklərimizi artırmağa imkan verən müxtəlif seminarlar, kurslar və səfərlərin əhəmiyyətini daha da yaxşı anlayaraq onlardan maksimum yararlanmağa hazır olmalıyıq.

5. Yalnız professional olaraq inkişaf etməyi düşünməyin 
İş qrafiki günün böyük hissəsini əlinizdən aldığından, bu elədə asan deyil. Lakin belə bir kiçik sirr vardır ki, sizə maraqlı olan nəysə bir iş varsa onsuzda ona mütləq vaxt tapırsınız. Bəlkə də , buna görə bir saat az yatacaqsınız , naharı qısa edəcəksiniz amma sərf etdiyiniz bu zamana və enerjiyə görə daha böyük enerji əldə edəcəksiniz.
 

ŞƏRH YAZIN