Bil Qeytsin oxumağa məsləhət gördüyü 6 kitab

0
17910
Bil Qeytsin oxumağa məsləhət gördüyü 6 kitab

Dünyanın ən varlı şəxslərindən biri, Microsoft şirkətinin qurucusu və sahibi Bil Qeyts oxumağa məsləhət gördüyü kitabların adını açıqlayıb:


Business Adventures, John Brooks. “Uorren Baffet (dünyanın ən varlı şəxslərindən biri – müəl.) mənə bu kitabı 1991-ci ildə məsləhət gördü. Bu kitab həyatımda oxuduğum ən yaxşı biznes kitablarından biridir”.

Stress Test, Timothy F. Geithner. “Bu kitabın əsas ironiyası ondadır ki, ABŞ Maliyyə Nazirliyində müştərilərlə əlaqə yaratmaq, ünsiyyət qurmaq qabiliyyətinin olmamasında ittiham edilən bir insan bu cür oxunaqlı kitab qələbə alıb.”

The Bully Pulpit: Theodore Roosevelt, William Howard Taft, and the Golden Age of Journalism, Doris Kearns Goodwin. “Kitabda Ruzveltin mətbuatla, həmçinin dostu Hovard Taftla münasibətlərindən, korrupsiya ilə mübarizəsindən, siyasi sistemin reformu üçün çalışmasından bəhs edən maraqlı materiallar var”.

The Rosie Project: A Novel, Graeme Simsion. “Bu əsər sizin kim olduğunuz və nəyə qadir olduğunuz haqda gülməli, eyni zamada əsaslı bir kitabdır. Bu, mənim uzun zamandan bəri oxuduğum ən zövqverici romanlardan biridir”.

The Sixth Extinction: An Unnatural History, Elizabeth Kolbert. “İqlim dəyişikliyi yaşadığımız əsrin ən böyük problemidir. Amma bu, qarşılaşdığımız yeganə problem deyil. Dünyada 5 qlobal miqyaslı təhlükənin olduğu deyilir. Elizbet Kolbert əsaslı faklarla insanın hazırkı  fəaliyyəti nəticəsində bu  fəlakətlərin sayının 6-ya çatacağını deyir”.

Reinventing American Health Care: How the Affordable Care Act Will Improve Our Terribly Complex, Blatantly Unjust, Outrageously Expensive, Grossly Inefficient, Error Prone System, Ezekiel J. Emanuel. “Emanuelin ortaya qoyduğu faktlar və tarix, baxış bucağı, nəzər nöqtəsi nə olmasından asılı olmayaraq, tibblə, sağlamlıqla maraqlanan hər kəs üçün faydalı olacaq”.
 

ŞƏRH YAZIN