Səhər Saatlarında Sizə Ilham Qaynağı Olacaq 50 Məşhur Kəlam

0
6011
Səhər Saatlarında Sizə Ilham Qaynağı Olacaq 50 Məşhur Kəlam

İkinci qəhvə fincanı belə sizi hərəkət etməyə vadar etmirsə, yazıçıların, novatorların və digər uğurlu insanların ruhlandırıcı sözləri yolunuzu açacaq.

• Böyük gözləntilər
“Həmişə möhtəşəm hadisə baş verəcəyinə inan” - Anonim (Bu tipli ipucular səhər yuxudan durmağı çox asanlaşdırır)
 
• Yüksələn ulduzlar
Bizim böyük şöhrətimiz heç vaxt tükənməz. Əksinə biz hər dəfə düşdükcə o daha da yüksəlir“ - Konfutsi
 
• Öz şəxsiyyətini doğrulamaq
“Bugün sən-yalnızca Sənsən. Bu doğruların ən doğrusudur. Səndən daha yaxşı olan sənin kimisi yoxdur” - Dr.Suez
 
• Gələcəyə yatırım
“Bu gün edəcəklərin bütün sabahlarının inkişafına yol açır” - Ralph Marston
 
• Məğlubiyyət inkişaf vasitəsidir.
“Uğursuzluqdan qorxmayın; bu sizin tezliklə müvəffəq olacağınızın sübutudur”- Barbara Korkoran
 
• Səbriniz haqqınızı sizə qaytarır
“İki məfhum səni ifadə edir: 1. Heç nəyin olmadığında göstərdiyin səbir. 2)Hər şeyin olduğunda  nümayiş etdirdiyin davranış”– İmam Əli
 
• İndi ilk addımı atın
“Bugününü bir ildən sonra yenidən yaşamaq istəyə bilərsən”- Karen Lamb
 
• Niyə gözləyirsiniz?
“İrəliləməyin sirri indi başlamaqdır”-Mark Tven
 
• Cəlbedici iş
“Sənə maraqlı gələn işi tap və onunla böyük həvəslə maraqlan”- Culiya Çayld
 
• Hər şey səhər açılanda başlayır
“Əgər rahat şəkildə yuxuya getsən, səhər daha qərarlı oyanacaqsan”- Corc Lorimer
 
• Heç vaxt “heç vaxt” deməyin!
“Mümkün deyil” sözünü deyən şəxs bunu etməkdən üz çevirməlidir”—Trisia Kunninqham
 
• Münasibət məsələsi
“Sizin istedadınız nələr edə biləcəyinizi təyin edir. Motivasiyanız işdə nə qədər həvəsli olduğunuzu müəyyənləşdirir. Davranışınız isə işinizi yaxşı görməyə sövq edir”- Lou Holtz
 
• İnkişaf inkişafı doğurur
“Görə bildiyiniz ən uzaq nöqtəyə gedin, daha uzağını görəcəksiniz”—Zig Ziglar
 
• Məqsədləriniz üçün mübarizə aparın.
“Öz xəyallarının arxasıyca əminliklə gedin. Xəyal etdiyiniz həyatı yaşayın“—Henri David Thoreau
 
• İşinizi yaradın
“Kimsə mənə yox deyəndə, o demək deyil ki, bu işi bacarmaram. Bu sadəcə o mənaya gəlir ki, mən bu işi onlarla edə bilmərəm”—Karen E. Quinones Miller
 
• Günəş mütləq doğacaq
“Sabahıza bu gününüzlə işıq saçın” —Elizabet Barret Brouninq
 
• Xəyal qurun
“Öz xəyallarınızı icra etməyə başlayın, yoxsa başqa birisi onların xəyallarını gerçəkləşdirmək üçün sizi işə götürəcək”—Farrah Qrey
 
• Saatı düşünməyin
“Heç vaxt zamana görə arzularınızdan əl çəkməyin, çünki yalnız bu şəkildə zaman sizi müvəffəqiyyətə aparacaq. Vaxt onsuz da istənilən halda axıb keçəcək”—Earl Nightingale
 
• İndi edin
“Yaşanmamış bir gün sadəcə həftənin sıradan bir günü olmamalıdır”—Denise Brennan-Nelson
 
• Hər şey yolunda gedəndə işkolik ola bilərsinizmi?
“Həddini aşmış vurğunluq-sadəcə tənbəllərin  “həsr etmək” anlamını təsvir etməsi üçün işlətdiyi sözdür.” —Russel Uarren
 
• Öz yolunuzu tapın
"Daha çox şey etmək istəyəndə,lazım olduğundan az çalışdığımı düşünürəm " -Riçard Bax
 
• Çox çalışın
“Az çalışdığımı zənn etdiyim zaman nisbətən daha çətin iş gördüyümü anlayıram”-Tomas Ceferson
 
• Sevginizi tapın
“Böyük bir iş görməyin yolu etdiyin hər şeyi sevməkdir.” —Steve Jobs
 
• Bir gündə hər şey etmək olar
“Günlərini sayma.Onları dəyərləndirməyə çalış.” —Məhəmməd Əli
 
• Öz istiqamətinizi təyin edin
“Doğru yolda olsan belə, sadəcə yolda oturmaqla kifayətlənsən üstündən keçiləcək.” —Vill Rocers
 
• Təkbaşına mübarizə aparın
“Zamanınızı necə sərf edəcəyinizə qərar verə bilərsiniz. Ya iləriyə gedə bilər, ya da mübarizə ruhunuzu söndürə bilərsiniz”-Toni Morqan
 
• Sənətkar olun
“Bugünün şah əsərin olsun”- Con Vuden
 
• Hesablamalar aparın
“Uğur gün içində və gün xaricində təkrarlanan cəhdlərin toplamıdır” —Robert Collier
 
• Memar olun
“Öz planlarını həyata keçirməsən, başqa birinin planına daxil olarsan. Bəs onlar səninlə bağlı nə planlaşdırır? Sizdən daha çoxunu deyil”—Cim Rohn
 
• Cəsarətli olun
“Müvəffəqiyyət yalnız təşəbbüsə cəhd göstərənlərindir”-Mallika Tripathi
 
• Geriləmə və ya inkişaf
“Qələbələri uğursuzluqlardan qazanın. Həvəsin qırılması və məğlubiyyət uğura gedən iki ən möhkəm addımdır”-Dale Karnegie
 
• Zövq alın
"Sıxıntıdan ölməkdənsə həddini aşmış həvəsə görə ölməyi daha üstün tuturam"-Vinsent Van Qoq
 
• Kəpənək kimi olun
“Çünki böyümək və həqiqətən var olmaq cəsarət tələb edir.” —E.E. Kumminqs
 
• Yenə və yenidən cəhd edin
“Mən uğursuz olmadım. Sadəcə işə yaramayan 10.000 üsul tapdım.” —Tomas Edison
 
• Cedi düşüncəsi ( "Ulduz müharibələri" kinosunda qallaktika qoruyucuları)
“Bunun adı cəhd deyil. Et ya da etmə. Burada təşəbbüs deyilən şey yoxdur”-Yoda
 
• Öz tanıtım filminizi izləyin
“Sənin təsəvvürün həyatdakı gələcək macəralarının tanıtım filmidir"—Albert Eynşteyn
 
• Özünüzün dostu olun
“Uğur-sənin özünü sevir, etdiklərindən xoşu gəlir, necə bacardığına isə heyrandır"—Maya Angelou
 
• Heç bir icazə sənədinə ehtiyacınız yoxdur
“Sualım:Bəs mənə kim icazə verəcək?-deyil. Məni kim durdura bilər?" —Ayn Rand
 
• Güclü olun
“ Heç kəsin bədən tərbiyəsi ilə ötəri şəkildə məşğul olmağa haqqı yoxdur. Kişi üçün sahib ola biləcəyi gücü və gözəlliyi görmədən qocalması utancvericidir"—Sokrat
 
• İlk addımı atın
“Düşüncəmizi cəsarətli olmağa məcbur etdiyimiz zaman əksər maneələr əriyərək yoxa çıxır"—Orison Svett Marden
 
• Böyük istək
“Uğurunun böyüklüyü-istəyinin gücü, xəyalının böyüklüyü,  və yol boyunca öz uğursuzluqlarını necə ələ almağın ilə ölçülür"-Robert Kiyosaki
 
• Yüksək hədəf
“Əgər hədəflərini çox yüksəyə daşısan, deməli sən hamının uğur qazandığı yerdən daha ali pillədə məğlub olacaqsan” —Ceyms Kamerun
 
• Sevdiyiniz işləri edin
“Nəyisə istədiyində müvəffəq olmaq üçün hədəf alma. Sadəcə sevdiyin və inandığın şeyləri et, uğur təbii olaraq özü gələcək"—David Frost
 
• Nəzakətlə irəliləyin
“Cəsarət təzyiq altında özünü göstərən alicənablıqlır.” —Ernest Heminquey
 
• Həyatın məğzi
“Həyatının ən önəmli iki günü: doğulduğun gün və niyə dünyaya gəldiyini anladığını günlərdir”—Mark Tven
 
• Məqsədlər
“Möhtəşəm şeyləri etməmişdən qabaq onları özündən gözləməlisən”—Maykl Cordan
 
• İnadkar olun
“İnadkar deyilsənsə, çox yaxın zamanda təcrübələrdən əl çəkəcəksən. Dəyişikliklərə adaptasiya olmasan, başını divara vurmağa başlayacaq və problemin fərqli bir həll yolunu görməyəcəksən “—Ceff Bezos
 
• Uğursuzluq əslində nədir?
“Müvəffəqiyyət əksər vaxt uğursuzluğun qaçınılmaz olduğunu dərk edənlər tərəfindən qazanılır”—Koko Şanel
 
• Üzməyə davam (mübarizəni təsvir edən “Dorinin axtarışında” filmindən məşhur şüar)
“Qələbələrlə məğlubiyyətlərin arasında kəskin fərqlər yoxdur.” —Uald Disney
 
• Çətirinizdən yapışın
“Çünki görürəm ki, göy qurşağı istəyirsənsə yağışın nazını çəkməlisən” —Dolli Parton
 
 
 
Tərcümə etdi: Xədicə Mehdizadə
 

ŞƏRH YAZIN