Tək işçisi olan restoranda inanılmaz qiymətlər

0
2459
Tək işçisi olan restoranda inanılmaz qiymətlər

Bir şey fikirləş çox gözəl,təkrarı olmayan və ecazkar bir şey.Bu Sənsən.Dünya yaranandan bəri  gəlib gedən bütün insanlar onların heç biri Sizin kimi deyil.Heç kəs sənin bacarıqların,istedadın,ailən,dostların,tanışların,çiyninə düşən yüklə,kədərinlə,şanslarınla uyğun formada gəlmir və yaşamır.
 
Heç kəsin saçı səninki kimi uzanmır.Heç kəsin barmaq izləri səninki kimi deyil.Heç kəslə sənin daxili sirlərin,zarafatların,ifadələrin eyni deyildir.
 
Çox az insan ola bilər ki, sənin kimi gülsün,ancaq heç kəs sənin kimi asqırmaz.Heç kəs sənin kimi eyni daxili dünyaya malik deyildir.Heç kəs sənin özünəməxsusluğu ilə eyni sevilmir-HEÇ KƏS.Ya səndən əvvəl,ya sən səndən sonra.Sən tamami ilə Təkraredilməzsən.
 
Bu özünəməxsusluqdan zövq alın.Sən özünü heç vaxt başqasına bənzəmək üçün aparma.Bu daha sənin başqası kimi ola bilməməyin deməkdir.Sən başqalarında görüb bəyənmədiyin şeylərdə özünü gizlətmək üçün özünə yalan danışmamalısan.
 
Bu sənin fərqli olmağın deməkdir.Daha tarixdə heç vaxt kiminsə düşüncəsi ,qəlbi,ruhu səninki ilə eyni olmayacaq.
 
Əgər sən doğulmasaydın yaradılışda ,tarixdə ,bəşəriyyətdə böyük boşluq olardı.
 
Sənin təkraredilməzliyin bir cəvahiratdır.Bu yalnız sənə verilib.Ondan zövq al və onu bölüş.
 
Heç kəs sənin bacardığın kimi eyni yolla ucalmır.Heç kəs sənin sözlərinlə danışmır.Heç kəs səni ifadə edə bilməz.Heç kəs sənin rahat olduğun kimi rahat olmur.Heç kəs sənin dərk etməni,anlamanı digər birinə verə bilməz.
 
Heç kəs sənin kimi şən,gülərüz və hətta laqeyd ola bilməz.Heç kəs sənin gülümsəmən kimi gülümsəmir.Heç kəs sənin özünəməxsusluğunu digər birinə verə bilməz.
 
Təkraredilməzliyini bölüş.Ona görə də ailənlə,dostlarınla və harada yaşamağından asılı olmayaraq o yerdə olan insanlarla sərbəst ol.
 
Sənin öz hədiyyən sənə zövq almaq və bölüşmək üçün verilib.Özünüzə şans verin.
 
Bunu dərk et.Bunu təkrarla.Bu  sənə təkan verəcək.Özünü bəyan et,özünü cəsarətləndir və özünü ruhlandlr.SƏN TƏKRAREDİLMƏZSƏN!
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN