Stiv Cobsun ən yaxşı sitatları

0
6108
Stiv Cobsun ən yaxşı sitatları

- Nəyi əldə edib nəyi itirəcəyin barədə düşünməyə son verməyin ən yaxşı üsulu öz ölümünü gözünün qabağına gətirməkdir. Bundan qaçmaq mümkün deyil. Ona görə ürəyinin səsinə qulaq as.


- Keyfiyyət göstəricisi olun. Bəzi insanlar böyük ustalıq tələb olunan işə sadəcə alışmayıblar.


- Mən qəbiristanlıqda ən zəngin insan olmaq istəmirəm. 


- Mən həm öz yaratdığım, həm də başqalarının yaratdıqları ilə qürur duyuram. İnnovasiya 100 dəfə yox demək bacarığıdır.


- Mən düşünürəm ki, əgər hər hansı bir iş görürsünüzsə və bu, sizdə yaxşı alınırsa, o zaman yeni bir işlə məşğul olmaq lazımdır.


- Apple şirkətindən qovulmağım həyatımda baş vermiş ən yaxşı hadisədir. Mən müstəqil oldum və həyatımın ən yaradıcı dövrlərindən birini yaşadım.


- Tarixdə iz qoymaq istəyirəm.


- Mən əminəm ki, uğurlu ilə uğursuz iş adamı arasındakı əsas fərq iradədədir.


- 17 yaşım olanda oxuduğum ifadə təxminən belə səslənirdi: Hər gününü sanki sonuncu gün kimi yaşayırsansa, nə vaxtsa sən haqlı olacaqsan. Bu fraza mənim yaddaşıma həkk oldu. O vaxtdan ötən 33 il ərzində hər səhər mən güzgüdə özümə baxaraq danışıram: Əgər bu gün həyatımın son günü olsa, ürəyimdən keçəni edərdimmi? Cavablarım bir neçə gün müddətində mənfi olduqda, mən anlayırdım ki, nəyisə dəyişdirmək lazımdır. 

 

ŞƏRH YAZIN