Xoşbəxtliyinin Açarı Səndədir

0
1914
Xoşbəxtliyinin Açarı Səndədir

Dünyaya göz açdığımız an həyatımızda nələr olacağını bilə bilməzdik. Necə böyüyəcəyik, harda oxuyacağıq, kimlərlə tanış olacağıq, necə biri olacağıq? Doğulduğumuz mühitin də burda bir rolu olsa da, çox şeyi öyrənə-öyrənə gəlmişik. Doğulduğumuz an heç kimi bizi təlimatlandırmayıb yəni. Lakin, əgər bu mümkün olsaydı, yəqin ki belə bir şey olardı: "Xoşbəxtliyinin açarı səndədir." 


1. Bir bədən alacaqsan. O,sənin xoşuna gələ də bilər, gəlməyə də, lakin bu bədən ömrünün sonuna kimi ixtiyarında olacaq yeganə şeydir. 

2. Yer kürəsində “Həyat”adlı məktəbdə oxumalı olacaqsan. Hər bir insan, hər bir hadisə isə sənin müəllimin olacaq. 

3.Səhvlər yoxdur, yalnız dərslər mövcuddur. Uğursuzluq müvəffəqiyyətin ayrılmaz hissəsidir. Qurbanlar yoxdur, yalnız müxtəlif səviyyələrdə müəllimlər və şagirdlər var. 

4.Bu həyat dərsi tamamilə mənimsənilənə qədər müxtəlif formalarda təkrarlanacaq. Asan dərsləri mənimsəməsən, onlar  da çətinləşəcək. Bunu bacardıqdan sonra isə növbəti dərs başlayacaq. 

5.Xarici problemlər daxil aləmin dəqiq əksidir. Daxili aləmini dəyişə bilsən, xarici aləm də dəyişəcək. 

6.Davranışların dəyişəndə bu dərsi mənimsədiyini anlayacaqsan. Müdriklik təcrübədə qazanılır. 

7.Burdan daha yaxşı yer yoxdur. Ora burdan heç də yaxşı deyil. Sənin “oran “,”bura” olanda hər şey daha gözəl görünəcək. 
 
8.Başqaları sənin əksindir. Özündə olan və olmayan keyfiyyətlərə görə kimlərisə sevə və ya onlara nifrət edə bilməzsən. 

9.Həyat çərçivəni, sən isə içindəki rəsmi yaradırsan. Əgər geciksən, başqaları sənin əvəzinə bunu edəcək. 

10.İsədiyin hər şeyə nail olacaqsan. Keçmiş və indiki arzuların gələcəyini müəyyənləşdirir. 

11.Bütün sualların cavabı özündədir. Bütün bildiklərini xatırlamaq üçün isə özünə güvənməlisən. 

12.Bu gün geriyə qalan həyatının ilk günüdür. İstədiyin hər şeyi bu gündən həyata keçirməyə başla! 

 Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN