Eft-Nin Üsulları

0
2191
Eft-Nin Üsulları

EFT, hər cür emosional və zehni problemin bir neçə dəqiqəyə və ya bir neçə günə kimi çox qısa bir müddət içərisində aradan qaldırılması üçün istifadə olunur.Bu barmağın ucu ilə bədəndəki bəzi akapunktur nöqtələrə toxunulması yolu ilə tətbiq olunan bir enerji çalışmasıdır .

Təməl prinspi, ifadə edilməmiş hər cür mənfi duyğunun insanın bədənində enerji axınına mane olması və bu səbəbdən də zehni, emosional və fiziki narahtalıqlara yol açmasıdır. EFT texnikasına əməl etməklə mənfi duyğuları ortadan qaldırmaq və yerinə müsbət düşüncə və inanc yerləşdirmək olar. Alınan nəticələr sürətli və qalıcıdır. 

Bədənimizdə müəyyən enerji mərkəzlərimiz vardır ki, bu mərkəzlər sayəsində bütün toxuma və orqanlarımıza eneji çatdırılır. Bu mərkəzlər sayəsində kainatdan bədənimizə enerji alıb verir və həyatımızı davam etdiririk. Bu enerji mərkəzlərində müxtəlif səbəblərə görə bloklar yaranır və xəstəliyə səbəb olur. Bu bloklar həm fiziki xəstəliklərə yol açar, həm də duyğulara təsir edər. Yaşadığımız müsbət və ya mənfi hər hadisə, yaşadığımız hər emosional təcrübə, bədənimizdəki enerji sistemimizin təsirlənməsinə səbəb olur. Enerji sistemimiz və psixologiyamız hörümçək toru kimi bir-birinə bağlıdır. 
 
EFT-nin tətbiq olunması olsduqca sadədir. Bu texnika emosional problem tapmaq, ona fokuslanıb və bu fokuslanma zamanı bədənimizdəki enerji mərkəzlərimizin üzərindəki akapunktur nöqtələrinə barmaq ucalarımızla yüngül-yüngül vurmaqdan ibarətdir. Bu texnikanı həyata keçirmək üçün yalnızca bir neçə dəqiqə vaxt lazımdır. Hər zaman, hər yerdə və düşüncə qabiliyyəti normal olan hər kəs tərəfindən tətbiq oluna bilər.
 
EFT öyrənməsi və tətbiqi asan və bir o qədər də təsirli bir texnikadır. İnsan öz-özünə öyrənib, tətbiq edə bilər.Ancaq, başqası tərəfindən tətbiq edilərsə, daha təsirli olar. EFT-dən nəticə almaq üçün ona inanmaq belə lazım deyil. 
 
Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN