Antikvar Mağazası Açmaq və ya Online Antikvar Satmaq

0
2226
Antikvar Mağazası Açmaq və ya Online Antikvar Satmaq

Antikvar mağazası və ya online antikvar satmaq işi yaxşı pul qazandıran bir iş ideyasıdır. Antikvar maşınlar, antikvar əşyalar, antikvar radiolar, antikvar telefonlar və antikvar saatlar bazarda mütəmadi olaraq rəğbət görür. Antikvar işinə bir mağaza açaraq başlaya bilər və ya bu işi online şəkildə edə bilərsiniz. Bu yazımızda antikvar qiymətlərindən və antikvar satmaq ipuclarına qədər bir antikvar işinin necə ediləcəyi haqqında məlumat öyrənə bilərsiniz.

Antikvar işini ticarət mərkəzindəki bir standda, əl işləri sərgilərində, köhnə əşya bazarlarında ya da öz standınızda təkbaşına edə bilərsiniz. Bundan əlavə internetdə online satışlar edərək bu işdən pul qazana bilərsiniz. Antikvar mağazası açmağa qərar versəniz davamlı olaraq yeni mallar tədarük etməli, cəld və qazanclı bir şəkildə yenidən satış etməniz vacibdir. Antikvar satıcılarının çoxu antikvar mebellər, antikvar avtomobillər, antikvar saatlar, antikvar radiolar, vintage (daş-qaş) zinət əşyaları kimi  müəyyən bir antikvar sahəsində ixtisaslaşmışdır.
 
Antikvar işi kimin üçün uyğundur?
Antikvar işi araşdırmağa və öyrənməyə marağı olan insanlar tərəfindən daha çox seçilir. Eyni zamanda bu işi evdar qadımlar, pensionerlər, dövlət işində və ya özəl sektorda işləyənlər də edə bilər. Sıfırdan bu işə başlamaq istəyənlərin isə əvvəlcə antikvar sektorunu təqib etmələri və antikvarat haqqında məlumat əldə etmələri lazımdır. Antikvar toplamaq üçün sərmayəniz olmalı və bu antikvaratı mağazadan və ya internetdən sata biləcək qədər bacarıqlı olmanız vacibdir. Antikvar işi digər bilinən iş ideyalarından fərqli olaraq böyük istəklə ediləcək bir işdir.
 
Bir Antikvar mağazasında nələr olur?
Böyük bir ticarət mərkəzində kiçik bir standınız və ya bir antikvar mağazanız olsa da hər gün bunları etməlisiniz: 
1-Başqa antikvar mağazalarından yeni mallar alın, köhnə əşya satılan bazarlara, əmlak ofislərinə və ikinci əl əşya satan mağazalara baş çəkin.
2- Oyuncaqlar, sənət əsərləri, yaxşı mebel dəstləri kimi ixtisas sahənizlə bağlı məlumat bazasına sahib olun.
3- Trendlər dəyişdikcə, əşyalarınızı popluyar və cəlb edici olana görə əşyalarınızı satın.
4- Qazanc əldə etmək üçün malınızın üstünə aldığınız qiymətdən baha satmaq üçün münasib qiymət qoyun.
5- Müştəriləri cəlb etmək üçün reklamlar verin.
6- Mədaxil və məxarici hesablamaq üçün dəftərləri/ elektron cihazları qoruyun.
7- Rəflərinizdə çox uzun müddət qalan malları işarələyin.
8- Satış etmək üçün əlaqədar müştərilərlə bazarlıq etməyi öyrənin.
9- Alış-veriş edən müştərilər üçün hər zaman yeni mallara sahib olduğunuzdan əmin olmaq üçün digər antikvarçılarla mübadilə edin.
Antikvar işində hədəf bazar nədir?
Ən dəyərli müştəriniz, bəzərsiz və keyfiyyətli olduqları üçün məhsullarınıza dəyər verən insanlardır. Antikvar mağazalarında mütəmadi olaraq bazarlıq edən müştərilər, keyfiyyətli satış və işçidən əlavə səviyyəli məkanda dekorasiyaya və səliqəli görünüşə dəyər verirlər. Müştərilər bazarlıq edərək başqa birisinin sahib olmayacağı bir tarix parçasına sahib olduqlarını hiss etmək istəyirlər. Antikvar işində müştərilər ümumiyyətlə, orta yaşlı və orta yaşdan yuxarı qadınlardır. Bundan başqa, orta yaşlı və orta yaşdan yuxarı kişilər də bu işə əhəmiyyət veririlər. Hədəflənən bazarın maddi gəlir səviyyəsi çox yaxşıdır. Antikvarat almaq və toplamaq üçün qiymətindən artıq pul verməyi qəbul edərlər. Türkiyədə hal-hazırda 30 mindən artıq antikvarat satış elanı vardır. Bu elanların əksəriyyəti sahibinden.com və Facebook Antika səhifələrində yerləşdirilir. Bəzi Antikvarçılar müəyyən vaxt ərzində Facebookda online satış edirlər.
 
Bir antikvar mağazası necə pul qazanır?
Antikvar işinin sahibi kimi istər iş yeriniz olsun, istərsə də online mağazanız, mütəmadi olaraq yeni mallar alıb və bunların üstünə qiymət qoyub yenidən satıb qazanc əldə etməlisiniz. Əlinizdə olan malları sürətlə dövr etdirsəniz daha uğurlu olarsınız. Böyük həcmli bahalı mallara göz ataraq gəlir dövriyyənizin sürətini azalada və alış-veriş edənlərlə tez-tez ünsiyyət yarada bilərsiniz. Antikvarda gəlir səviyyəsi qeyri-müəyyəndir. Buna rəğmən, eynı zamanda gəlirlər çox yüksək də ola bilər. Məsələn, bu yaxınlarda antikvar bir soba satan dostumuz sobanı 20 lirəyə alıb Letgo’da 1000 lirəyə satmışdır. Yenə həmin şəxs, qədimi bir əşyanı dəmir-dümür yığanlardan alıb çox yüksək qiymətə internetdə satmışdır.. Bu dostumuz, əvvəlcə bir ay boyunca evlərdən, tanışlardan, dəmir yığanlardan və köhnə əşya satılan bazarlardan antikvar əşyaları toplayıb, təmir edir. Müəyyən müddət antikvar topladıqdan sonra gediş-gəlişin sıx olduğu bir küçədə sadəcə avtomobilinin arxasında axşam saat 8-dən sonra 2 saat ərzində 600 lirəlik bir satış edir. Satışa çıxardığı malların sayı cəmi 5 ədəd. Müştəriləri isə yaşlı qadınlar və orta yaşlı bir kişi. 2 saatdan sonra bu günlük bu qədər kifayətdir deyib satışı dayandırır. Bəhs etdiyimiz bu şəxsin əsl peşəsi metal sektoruna aidir, amma antikvarçılıq onun hobbisidir, yəni bu işi zövq üçün edir.
 
Antikvar mağazalarına nəzər yetirsəniz, gəlirləri çox yuxarı olanı da var, çox az olanı da. Bu, mağazanın olduğu yerə, mağaza sahibinin müştərilərlə ünsiyyətinə və mallarını düzgün təqdim etməsinə görə dəyişir. Bir gündə bir antikvar mağazası 20-30 min lirə də qazana bilər ya da bu pulu bir ayda qazanar. Buna görə də dəqiq bir rəqəm söyləmək çox çətindir. Amma antikvar işində ən əhəmiyyətlisi sadiq bir antikvar qrupu ilə sıx ünsiyyətdə olmağınızdır.
Antikvar işinin böyümə potensialı nədir?
Böyümə imkanına sahib olan antikvar işi, iş dünyasında ünsiyyət qurma qabiliyyətinə malik bir şəxs tərəfindən icra edilməlidir. Müştərilərinizin və rəqiblərinizin adlarını, saylarını və seçimlərini cəmləşdirib, məlum müştərilər üçün mal almağa başlaya bilərsiniz. Fərdi alış-veriş edirsinizsə, mallarınız və xidmətləriniz üçün əlavə ödəniş edə bilərsiniz. Vaxt keçdikcə, müştəri portfelinizi genişləndirməyə hazır olan başqa insanları işə götürməyə başladıqda daha böyük bir mağaza aça bilərsiniz. Müştərilər sizdən müəyyən bir məhsulu tez-tez istəməyə başladıqlarında müəssisənizi böyütmək üçün tədbir görməlisiniz.
Uğurlu bir antikvar mağazası açmağınıza kömək edəcək bəzi bacarıq və təcrübələr nələrdir?
1- Tanınan emalatçıları, istehsal tarixlərini, nadir və dəyərli bir əşyanı meydana gətirən ünsürlər və s., bir sözlə sahəniz haqqında ensklopediya səviyyəsində məlumatlara sahib olun.
2- Antikvar bazarında popluyar malların nəbzini tutun və mallarınızı bunu nəzərə alaraq yerləşdirin.
3- Ən qazanclı əşyalarınızı göstərən, diqqət çəkən görüntülər/elanlar hazırlayın.
4- Təməl mühasibat bacarıqlarına yiyələnin.
5- Dostcasına və ünsiyyətcil bir şəkildə bütün müştərilərinizlə söhbət etmək qabiliyyətinə yiyələnin.
6- Yeni əşyanı ən aşağı qiymətə əldə etmək üçün başqa satıcılarla qalıcı ünsiyyət qurma bacarığını öyrənin.
7- Daha çox insanı xəbərdar etmək və satışları artırmaq üçün interneti istifadə etməyə istəkli olun.
8- Antikvar mallarınızın yeni sahiblərinə bütöv şəkildə çatdırıldıqlarından əmin olmaq üçün  dəyərli əşyaların necə paketlənib daşınacağını öyrənin. 
Antikvar işinin məsrəfi nədir?
Yarı zamanlı bir satıcı olmaq istəsəniz, nisbətən ucuz məhsullar ilə ticarətdən zövq alarsınız. Bu, aşağı maliyyətli bir işin başlanğıcı ola bilər. Ən azından online bir mağaza (sahibinden.com və Letgo) ilə işə başalaya bilərsiniz. İlk sərmayəniz üçün sadəcə bir neçə min lirə xərcləyərək antikvar mallar ala bilər və bir həftə sonu əmək sərf edərək elanlar verə bilərsiniz.
Antikvar mağazası açmaq üçün daha böyük bir sərmayə lazımdır. 100 min lirədən artıq bir məbləğlə gözəl bir məkanda dekorasiya hazırlamağınız lazımdır. Əşyalarınızın bir qismi ucuz antikvar təqlidlərindən olacağı üçün başlanğıcda 20-30 min lirəlik mallar almağınız məsləhətdir. Orjinal antikvarlar üçün antikvar toplayanlarla əlaqə yarada bilərsiniz. Elan saytlarında, antikvar satanlarda bir çox mal ola bilər. Yaxşı bazarlıq edərək bir dəfəyə bir neçə əşya ala bilərsiniz. Olduğunuz şəhərdən yol çıxıb Anadoluda və şərq bölgələrindəki antikaçılardan da topdan mal ala bilərsiniz  Sözün qısası, başlanğıcı 50 min lirə ilə də, 500 min lirə ilə də edə bilərsiniz. Bu, sizin bu işi nə qədər yaxşı bacardığınızla əlaqədardır. Əgər antikvar müştərilərini çəkmə üsullarınızı inkişaf etdirsəniz və satışlarınız davamlı olarsa, bu iş sayəsində həm çox pul qazanar həm də dəyərli bir müştəri portfelinə sahib olarsınız.
 
Antikvar bir mağaza necə tanıdılır və necə satış edilir?
Mağazanızın yerini düşünərək seçin. Giriş-çıxışı az olan bir ticarət mərkəzində ucuz bir stand icarəyə götürmək, bəri başdan sıfır satışa səbəb olar. Göz qabağında olmaq üçün popluyar axtarış sözlərindən istifadə edərək online mağazalarınız üçün təqdimat hazırlamağın dəyərini öyrənin. Özünü həsr eden bir izləyici kütləsinin bir parçası olacağınız istifadə edilmiş əşyalar bazarında və ya əl sənətləri sərgilərində davamlı olaraq iştirak edin. Antikvar işini internetde həyata keçirsəniz, sosial medyanın effektiv istifadəsini və reklam hazırlamağı öyrənməlisiniz. Antikvar işini mağazada icra etsəniz də bu reklamlardan istifadə edə bilərsiniz və bununla yanaşı şirkətlərin istifadə etdiyi digər reklam üsullarını da tətbiq etməlisiniz.
 
Müştərilərin geri qayıtmasını necə təmin etmək olar?
Müştəriləriniz istədiklərini aldıqdan sonra sizdən təkrar alış-veriş edə bilər və mağazanıza başqa mallar almaq üçün geri qayıdarlar. Mövcud müştərilərə xitab edən görüntülər hazırlamaq üçün antikvar işindəki və pop mədəniyyətindəki trendləri təqib edin. Hər zaman qəbul edilən qiymətə bazarlıq etməyə istəkli olun.
 
Antikvarları necə qiymətləndirə bilərsiniz?
Qiymətləndirmə mallarınızın keyfiyyətinə bağlıdır. Hər biri 10 lirə olan bəsit kolleksiya malları da sata bilərsiniz və ya özəl bir şirkət üçün 5000 lirəlik böyük bir güzgü də əlinizin altında ola bilər. Antikvar işində qiymətlərin sərbəst olmasının səbəbi antikvarların qədimi və nadir tapılan mallardan olmasından qaynaqlanır. Məsələn, əntiq bir singer tikiş makinası ilinə və işləkliyinə görə 1000 lirə də ola bilər 50 min lirə də. Bu qanuna uyğunluğu başa düşmək üçün bununla bağlı bütün elanları araşdırmalı və bu işin mütəxəssisinə müraciət etməlisiniz. Eyni qaydada, antikvar bir radio 50 lirəyə satılır, amma işlək və saz vəziyyətdə olan antikvar bir radio 2000 lirəyə də satıla bilər. Bu qiymətləndirmələri başa düşməyinizin ən yaxşı yolu antikvar elanlarındakı qiymətləri araşdırmaqdır.
 
Nəticə etibarı ilə antikvar işi pul qazandıran bir işdir. Bu işdə səbirli olmaq və öyrənmək üçün vaxt sərf etməyiniz lazımdır. Digər istehlakçı məhsullarına nəzərən antikvar əşyalar çox fərqlidir və daha çox maraq tələb edir. Antikvar işində tarixi məlumat və tarixdəki istifadəçilər haqqında məlumatlar əldə etməyiniz işinizi asanlaşdırar. Bu işi istər əlavə gəlir mənbəyi olaraq düşünün, istərsəniz tam zamanlı bir iş kimi düşünün hər ikisində də işinizi düzgün və şüurlu şəkildə yerinə yetirsəniz, çox yaxşı qazanc əldə etməyiniz mümkündür.
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov

 
 
 
 
 

ŞƏRH YAZIN