Evdə Çanta Hazırlamaq İşi

0
4451
Evdə Çanta Hazırlamaq İşi

 Evdə Çanta hazırlamaq işi

Tikiş bacarıqlarınız xüsusilə də qadın çantaları kimi məşhur aksesuarlara diqqət yetirsəniz gəlirliı bir cəhdə liderlik edə bilərsiniz. Ancaq evdə tikiş işini icra etmək üçün tikiş bacarıqlarından daha çoxuna ehtiyacınız olacaq. Məsələn əl sənətləri sektorunda işlərin necə getdiyini və kiçik miqyaslı bir müəssisə açmaq üçün nə cür zərurətləri yerinə yetirməniz lazım olduğunu öyrənməniz lazımdır. Evdə çanta işinizin uğurlu olmasını istəyirsinizsə ciddi mənada hazırlaşmağınız lazımdır.

Evdə çanta işinə necə başlanır?

1 - Hədəf kütlənizi qeyd edin.

Çanta qadınların istifadə etdiyi ən məşhur aksesuarlardan biri olsa da ağlınızda müəyyən bir hədəf kütlə təyin etməniz daha çox müvəffəqiyyətli olmanıza köməkçi olar. Məsələn iş qadınlarının istifadə etdiyi çantalarla gənc qızların istədiyi çantalar arasında fərq vardır.

2 - çantalarla əlaqədar olan son trendləri araşdırın və hədəf kütlənizə uyğun tərzlərə ayrı bir diqqət göstərin.

Çantaları hazırlayarkən istifadə edəcəyiniz vəsaitləri araşdırın və vəsait qiymətləriylə bağlı fikir sahibi olmağa çalışın.

3 - Rəqabəti gözdən keçirin və nələr edə biləcəyinizə baxın.

Hədəf kütlənizə uyğun çantaları müvəffəqiyyətlə satanlar haqqında nə qədər çox məlumat sahibi olsanız səhvlərin də qarşısını bir o qədər yaxşı alarsınız. Edəcəyiniz çanta növlərinə və marketinq üsullarına qərar verin. Öyrəndiklərinizi bağlı olaraq fikirlər inkişaf etdirin.

4 - Sizə yol göstərməsi üçün bir iş planı hazırlayın.

İşlətmələri kiçik miqyaslı də olsa böyük miqyaslı da olsa iş planı işinizə yarayacaq. İş planı işinizi necə icra edəcəyinizə, nə qədər investisiya yapacağınızla və ortaya çıxa biləcək problemlərlə necə başa edəcəyinizlə əlaqədar dəqiq bir fikir sahibi olmanıza köməkçi olar. Sərmayəçilərə müraciət edib və ya bir maliyyə fondundan kredit alacaqsınızsa iş planına ehtiyacınız olacaq.

5 - Müəssisə sənədi üçün əlaqədar rəsmi təşkilatlara müraciət edin.

Bağlı olduğunuz bələdiyyənin internet səhifəsinə girərək müraciət formalarına baxın. Lazımlı sənədləri əlaqədar təşkilatlardan aldıqdan sonra bələdiyyəyə müraciət formunuzla müraciət edin. Müəssənizi müvəffəqiyyətli bir şəkildə idarə etmək istəyirsinizsə lazımlı olan sənəd və icazələri almanız lazımdır. Ayrıca vergi dairəsinə müraciət edərək vergi əməliyyatlarınızı həll edin.

6 - Çantalarınızı dizayn edin və nümunələr hazırlayın.

Geri dönuşlər  almaq üçün çantaları tanıdığınız insanlara göstərin. Hədəf kütlənizə uyan insanlardan fikir almağa çalışın. Təkliflərini nəzərə alın və dizaynlarınızı yenidən təşkil edin. Nümunələriniz mükəmməl olana qədər bu prosesi təkrarlamanız lazım ola bilər. Geri bildirişlər tamamilə müsbət olduğunda satışa başlamaq üçün lazım olan sayda çanta tikin.

7 - Çantalarınızı harada satacağınıza qərar verin.

Çantalarınızı online olaraq, internet saytınız vasitəsilə və ya Etsy, Artfire və eBay kimi saytlar vasitəsilə sata bilərsiniz. Eyni zamanda əl sənətləri sərgilərində, konsinye olaraq butiklər və ya yerli tədbirlərdə də sata bilərsiniz. Geniş bir müştəri bazası meydana gətirdikdən sonra çantalarınızı öz mağazanızdan sata bilərsiniz.

8 - Hər fürsətdə işinizin təqdimatını edin.

Facebook və Twitter kimi ictimai paylaşma şəbəkələrində reklam etməyi, yerli qəzetlərə reklam verməyi və ya əl elanları paylamağı sınayın. Qarşılaşdığınız hər insana vizitkart verin.

9 - Digər gəlir fürsətlərindən faydalanmağa çalışın.

Xüsusi sifarişlər alın, cırıq çantaları təmir edin və ya çanta istehsalı kursları təşkil edin. Verəcəyiniz xidmətlərlə əlaqədar insanları məlumatlandırın.

 

Tərcümə etdi: Azayeva Aynurə.

ŞƏRH YAZIN