Anasının Gözündən Özünü Görən Kiçik Qız

0
7199
Anasının Gözündən Özünü Görən Kiçik Qız

Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük bir şəfqət görmüş və ondan eşitdiyi sözlərlə, bir şahzadədən daha gözəl olduğuna inanmışdı.

Anasına  görə nur üzlü və badam gözlüydü. Bir dənə övladı idi hər zaman. Amma  məktəbə başlayınca hər şey dəyişdi. Yoldaşları onun heç də gözəl olmadığını, hətta çirkin belə sayıldığını söyləyirdilər. Kiçik qız, ilk əvvəl onlara inanmadı çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il ərzində gerçəklərlə üzləşdi.
 
Anasının bir pambığa bənzətdiyi üzü, çiçək əziyi  bir dəriyə sahib idi. "Badam" dediyi gözləri isə çəp idi. Vücudu da bir səlviyə bənzəmirdi. Demək ki, anası onu aldatmış və illər uzunu  çəkinmədən yalan söyləmişdi.
 
Gənc qızın ana sevgisi, qısa bir müddət sonra nifrətə çevrildi. Evlənmə çağına gəlmiş olmasına baxmayaraq üzünə baxan yox idi. Üstəlik də gözləri, bütün müalicələrə baxmayaraq düzəlmirdi. Gənc qız, həkimlərin gizlicə etdiyi danışmalardan kor olacağını eşidəndə az qala dəli olacaqdı və özünü hələ uşaqlıq illərindəki ifadələrlə sevən anasının bu yalanlarına dözə bilməyib evi tərk etməyə qərar verdi. Lakin anası, uzaq bir yerdə iş tapdığını söyləyərək ondan əvvəl hərəkət edib, qazandığı pulları bir qohumuna göndərdi və qızına baxmasını xahiş etdi. Gənc qız bir müddət sonra kor oldu. Qaranlıq dünyasıyla baş-başa qaldı. Bu arada anası ilə heç maraqlanmırdı.
 
Yalançı idi anası, ölsə belə bir itkin sayılmazdı. Bir gün həkimlər, uyğun bir cüt göz tapdıqlarını söyləyərək qızı əməliyyat etdilər.
 
Ancaq o, gözünü açdığında yenə eyni üzü görməkdən qorxurdu. Lakin kor olmaq çətin idi. Ən azından kimsəyə yük olmazdı. Gənc qız, əməliyyat sonunda aynaya baxdığında, müdhiş bir qışqırıq atdı. Qarşısında bir dünya gözəli idi.
 
Həqiqətən də gördüyü möcüzə bir qız idi. Üzündəki ləkələr tamamilə itmişdi. Donqarlı olan burnu düzəlmiş, çömçə qulaqları normala dönmüş və çöl otlarını xatırladan saçları dalğa-dalğa olmuşdu.
 
Gənc qız, yanındakı yaşlı həkimə sevinclə qucaqlayıb:
 
"Sanki yenidən dünyaya gəldim!" - dedi. "Üzümdə heç bir çirkinlik qalmayıb, estetik əməliyyatı sizmi etdiniz?"
 
Yaşlı həkim: "Belə bir əməliyyat etmədik, qızım!." deyib gülümsədi. “Ananın bağışladığı gözləri taxdıq. Sən, onun gözündən gördün özünü!."
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN