Ata, Barmaqlarım Nə Vaxt Çıxacaq?

0
11667
Ata, Barmaqlarım Nə Vaxt Çıxacaq?

Adam, yeni aldığı maşınını yuyarkən 6 yaşındakı oğlu yerdən bir daş alıb, maşına bir şeylər yazır…

Çox hirslənən ata, nə yazdığına belə baxmadan oğlunun əlini tutub, durmadan vurur.
 
Xəstəxanada, əlindəki saysız qırıq səbəbindən uşağın barmaqlarının hamısı kəsilir. Əməliyyatdan sonra uşaq, olduqca kədərli olan atasını gördüyündə:
 
- "Ata, barmaqlarım nə vaxt çıxacaq?" – deyə soruşur.
 
Adam sual qarşısında sarsılır. Avtomobilinə döndüyündə başını maşına dayanmadan vurur. Sonra gəlib maşının üstündə oturur və o zaman oğlunun nə yazmağa çalışdığı görür:
 
"SƏNİ SEVİRƏM ATA!"
 
Qəzəb və Sevgide sərhəd yoxdur. Hər zaman gözəl bir həyata sahib olmaq üçün siz ikincini seçin!
 
Əşyalar  istifadə edilmək üçün yaradılmlşdır. İnsanlar isə Sevilmək üçün!
 
 
Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN