Bir Uşağın Həyatında Fərqlilik Yaratmaq

0
6878
Bir Uşağın Həyatında Fərqlilik Yaratmaq

Məktəbin ilk günündə 5-ci sinif müəlliməsi Mediha xanım sinifdə şagirdlərinə baxdı, bir çox müəllim kimi uşaqlara bir yalan söylədi və hamısını eyni dərəcədə sevdiyini dedi.

Ancaq bu qeyri-mümkün idi, çünki ön sırada oturduğu yerdə bir yana əyilmiş, adı Mustafa Yılmaz olan bir uşaq vardı.
 
Mediha müəllimə, bir il əvvəl Mustafanı izləmiş və digər uşaqlarla yaxşı oynamadığını, paltarlarının çirkli olduğunu, davamlı olaraq çirkli gəzdiyini müşahidə etmişdi, həmçinin Mustafa kobud da ola bilirdi.
 
Artıq elə bir həddə gəldi ki, Mediha müəllimə onun yazılarına qırmızı qələm ilə işarələməkdən və aşağı qiymət yazmaqdan zövq alırdı.
 
Mediha müəllimənin məktəbdəki hər uşağın keçmiş qeydlərini – tarixçəsini araşdırması lazım idi, Mustafanın qeydlərini ən sona saxladı. Ancaq onun vəziyyətini nəzərdən keçirəndə bir sürprizlə qarşılaşdı.
 
Mustafanın birinci sinif müəlliməsi belə yazmışdı:
 
"Mustafa gülməyə hazır gələcəyi parlaq bir uşaqdır. Tapşırıqlarını yerli-yerində və doğru edir, çox tərbiyəlidir.Onun ətrafda olması çox əyləncəlidir "
 
İkinci sinif müəllimi belə yazmışdı:
 
"Mustafa mükəmməl bir şagirddir, sinif yoldaşları tərəfindən çox sevilir, amma anası ölümcül bir xəstəliyə tutulduğu üçün çətinlik çəkir və evdəki həyatı mübarizə içində keçir."
 
Üçüncü sinif müəlliməsi belə yazmışdı:
 
"Mustafanın anasının ölümü onun üçün çox çətin oldu. Mustafa əlindən gələnin ən yaxşısını etməyə çalışır, amma atası ona maraq göstərmir və əgər bəzi addımlar atılmazsa evdəki həyatı yaxında ona təsir edəcək. "
 
Dördüncü sinif müəllimi belə yazmışdı:
 
"Mustafa içinə qapalı şagirddir və məktəbdə dərslərə çox  maraq göstərmir. Bir o qədər də dostu yoxdur  və bəzən sinifdə yatır."
 
Bunları oxuyan Mediha müəllimə problemin nə olduğunu anladı və özündən utandı. Şagirdləri ona gözəl lentlərlə bəzədilmiş  və parlaq kağızlara bükülmüş hədiyyələri gətirdikdə belə özünü çox pis hiss edirdi. Mustafanın hədiyyəsini alana qədər bu belə davam etdi. Mustafanın hədiyyəsi - bir marketdən aldığı qalın, qəhvəyi rəngli kardon kağız ilə yöndəmsizcə bağlanmışdı.
 
Bunu digər hədiyyələrin yanında açmaq Mediha müəlliməyə ağır gəlirdi. Qutudan, daşlarından bəziləri düşmüş əldə düzəlmə  almaz qaşlı bir bilərzik və dörddəbiri dolu olan bir ətir şüşəsini çıxartdıqda uşaqlardan bəziləri gülməyə başladı.
Amma o, bilərziyi nə qədər gözəl olduğunu dediyi zaman uşaqların gülməsi kəsildi. Bilərziyi taxdı və ətiri biləklərinə sürdü. Mustafa o gün dərsdən sonra müəlliməsinə bunu söyləmək üçün gözlədi.
 
"Müəllimə, bu gün anamın ətri gəlirdi sizdən.”
 
Uşaqlar getdikdən sonra, Mediha müəllimə  ən az bir saat ağladı.
 
O gündən sonra Mediha məllimə  oxuma, yazma  öyrətməyi buraxdı. Bunun yerinə uşaqları öyrətməyə başladı. Mustafaya xüsusi diqqət göstərdi. Onunla çalışarkən, zehninin canlanmağa başladığını görürdü. Onu həvəsləndirdikcə, daha sürətli cavab verirdi. İlin sonuna doğru Mustafa sinifin ən ağıllı uşaqlarından biri oldu və bütün uşaqları eyni dərəcədə sevdiyini söyləməsinə baxmayaraq, Mustafa onun sevimlilərindən  biri oldu.
 
1 il sonra, Mediha müəllimə qapısının altında, bir məktub tapdı, Mustafa, ona bütün həyatında sahib olduğu ən yaxşı müəlliməsi olduğunu yazmışdı.
 
6 il sonra Mustafadan bir məktub daha aldı. Litseyi bitirdiyini, sinifində 3. olduğunu və onun hələ də həyatındakı ən yaxşı müəlliməsi olduğunu yazmışdı.
 
Bundan 4 il sonra, bəzi zamanlarının çətin keçməsinə baxmayaraq məktəbdə qaldığını, əzmlə çalışmağa davam etdiyini və yaxında kollecdən ən yüksək dərəcə ilə məzun olacağını yazan başqa bir məktub daha aldı. 
Yenə Mediha müəllimənin bütün həyatındakı ən yaxşı və ən sevimli müəlliməsi olduğunu yazmışdı.
 
Sonra 4 il daha keçdi və başqa bir məktub gəldi. Bu dəfə fakültə diplomunu aldığını, bir az daha irəliləməyə qərar verdiyini açıqlayırdı. Məktubda, onun indiyədək qarşılaşdığı ən yaxşı və unudulmaz müəllim olduğunu açıqlayırdı. Amma indi adı bir az daha uzun idi. Məktub belə imzalanmışdı:
 
PROF. DR. MUSTAFA YILMAZ 
 
Hekayə burada bitmir. Görürsünüz, ortaya çıxan başqa bir məktub var. Mustafa bir qızla tanış olduğunu və onunla evlənəcəyini söyləyirdi. Atasının bir neçə ay əvvəl vəfat etdiyini açıqlayır və evlənmə mərasimində Mediha müəllimənin bəyin anası üçün ayrılan yerə oturub oturamayacağını soruşurdu.
 
Şübhəsiz Mediha müəllim bunu sevinclə qəbul etdi.
 
Sizcə nə oldu?
 
Daşları düşmüş olan o bilərziyi taxdı. Bundan əlavə, Mustafanın anasının istifadə etdiyi ətirdən sürdü.
 
Bir-birlərini qucaqladılar və Prof.Dr.Mustafa, Medihanın qulağına belə pıçıldadı:
 
"Mənə inandığınız üçün çox təşəkkür edirəm, müəlliməm." "Mənə əhəmiyyətli olduğumu hiss etdirdiyiniz və bir fərq meydana gətirə biləcəyimi göstərdiyiniz üçün"
 
Mediha müəllimə, gözlərində yaşlarla, "Mustafa, yanlış şeylərə sahib idim .... Bir dəyişiklik  edə biləcəyimi mənə öyrədən sənsən. Səninlə tanış olana qədər, necə öyrədəcəyimi bilmirdim "
 
BİRİNİN HƏYATINDA BİR DƏYIŞIKLIK ETMƏYƏ ÇALIŞIN. BUNU ONA ÇATDIRIN. BİRİNİN ÜRƏYINƏ TOXUNUN KI, HƏYATINDA BİR DƏYIŞIKLIK ETMƏYƏ ÇALIŞSIN.
 
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 
 

ŞƏRH YAZIN