Ən Arxadakı Adam

0
8216
Ən Arxadakı Adam

Səhər tələsmirdim. Qatardan endim, yavaş addımlarla ətrafa baxaraq getməyə başladım. Bu vaxt gözümə qarşımda gedən və mənimlə birlikdə qatardan enən 3 adam dəydi.

Ən öndəki sanki arxasından biri qaçırmış kimi sürətli addımlarla gedirdi. Arxasından gedəni bir xeyli geridə qoymuşdu. Öz-özümə:

"Bu adam həyatda mütləq müvəffəqiyyətli olar." Deyə düşündüm.

Onun arxasından gedən, sakit addımlarla irəliləyirdi.

"Bəlkə bu adam da həyatda bir şeylər bacara bilər." Deyə fikirləşdim.

Ən arxadan gedən isə sanki hara gedəcəyini bilmirmiş kimi sallana sallana və ətrafa baxaraq gedirdi.

Onun üçün isə: "Budur!" Dedim, "Həyatda heç bir işə yaramayacaq bir avara!"

Deyərkən ağlıma bir şey gəldi. Mən bu adamların hər üçünün də gerisindəydim!

Bəli, başqalarının halı ilə məşğul olan öz halını görə bilməz. Başqalarının qüsurunu araşdırmaq, insanı öz qüsurlarını görməkdən saxlayan çox çirkin bir xəstəlikdir.

 

Tərcümə etdi : Aytən İsmayılova 

ŞƏRH YAZIN