Həyatın Mənasını Dərk Etməyə Çalışan Adam.

0
9994
Həyatın Mənasını Dərk Etməyə Çalışan Adam.

 
Tapdığı heç bir cavab onu qane etmədiyi üçün bu barədə başqa insanların da fikrini öyrənməyə çalışır.Ancaq aldığı cavablar ona kifayət etmədiyi üçün kənd,qəsəbə,ölkə dolaşaraq hər kəsdən bu sualın cavabını soruşmağa başlayır.
Tam olaraq ümidini itirdiyi bir kənddə danışdığı adamlar ona deyir:
-Bax,bu qarşıdakı dağları görürsən,orada yaşlı bir müdrik yaşayır.Bəlkə o sənə axtardığın sualın cavabını deyə bilər.
Çox çətin keçən bir səfərdən sonra həmin adam müdrikin yaşadığı evə gəlib çatır və qapıdan içəri girən kimi eyni sualı ona da səsləndirir.
Müdrik:
- Sənə bu sualın cavabını söyləyərəm,amma əvvəlcə bir sınaqdan keçməlisən.
Həmin adam yaşlı müdriklə razılaşır.Müdrik onun əlinə bir çay qaşığı verir və içərisinə də zeytun yağı doldurur.
- İndi get,bağçada bir dövrə vur gəl,yalnız diqqətli olmaq lazımdır ki,qaşıqdakı zeytun yağı azalmasın.Əgər bir damcı belə azalarsa,itirərsən.
Adam bütün diqqətini qaşıqdakı zeytun yağına yönəldərək bağçanı dövrə vurub müdrikin yanına qayıdır.
Müdrik:
- Bəs bağça necə idi?
Adam təəccüblü bir halda:
- Amma mən qaşıqdan başqa heç  bir yerə baxmadım ki…
Müdrik:
-İndi yenə bağçaya qayıt,ancaq qaşıqdakı zeytun yağı azalmasın.
Geri döndüyü zaman müdrik soruşur:
- Bağça necə idi?
Adam gördüyü gözəlliklər qarşısında sanki ovsunlandığını izah edərkən müdrik gülümsəyərək:
- Amma qaşıqda heç yağ qalmayıb.
 
Həyat sənin ona baxışınla məna qazanar və yalnız bir nöqtəni görərsən. Həyatın axıb gedər və sən bunun fərqinə vara bilməzsən.
 
Ya da sadəcə həyatın bütün gözəlliklərini yaşayarsan və axıb gedən zamanın öz mənasını qazanar.
 
”Həyatının mənası sənin baxışlarında gizlidir”.
 
 
Tərcümə edən:Nəzrin Məmmədova

ŞƏRH YAZIN