Heç Bir Şey Üçün Gec Deyil

0
8771
Heç Bir Şey Üçün Gec Deyil

Yaşadığı  şəhərdən ,olduğu mühitdən qisacası həyatından bezən bir insan  , cibindəki az miqdar pul ilə yanına heç bir şey götürmədən  olduğu şəhəri  tərk edərək  daha əvvəl heç bilmədiyi bir ölkəyə getmiş.

Ora hələ öyrəşməyə başlayarkən birdən bir səs eşidib. Bir sığırçın avazı çıxana qədər meydanda qışqırırmış. 

-Teatr ! Gəlin ! Qaçırtmayın ! Bu axşam teatr !...
 
Adam həyatında  heç teatra getməyib və inanılmaz dərəcədə maraqlı gəlib. Biletin haradan alındığını öyrənib .Biletin qiyməti cibindəki bütün pul qədər olmağına baxmayaraq heç tərəddüdsüz bileti alıb. Başlayıb maraqla oyunu izləməyə. .. Oyun qutarır , hamı dağılır və bizim həvəsli eləcə qalır , baxdığı  möhtəşəm oyun qarşısında . O vaxt   təmizlikçi  tərəfindən salonu boşaltmaq  üçün  xəbərdarlıq  alir.
 
Adamsa ;
 
-Mənə müdürünüzün yerini deyə bilərsiz?Onunla bir şey danışmalıyam ...demiş. 
 
Baxdığı oyunun təsiri ilə müdürlə danışmış və nə olarsa olsun , nə iş  olarsa olsun buranın bir parçası olmaq  üçün işləmək istədiyini bildirir. Müdür  çox şanslı olduğunu , bu vaxtlar bir təmizlikçi axtardığını  ancaq əvvəlcə onu sınamaq lazım olduğunu ifadə edib və sınamaq üzrə aylarla  əl dəyməyən bir kitabxananın  təmizliyini uyğun bilir.
 
-Buyur buranı təmizlə. Əgər  bəyənərəmsə  səni işə götürərəm... deyir və gedir.
 
Teatr sevgisinin verdiyi  şövq  ilə təmizlik gözlənəndən tez vaxtda bitir. Müdür  otağı  görməmişdən  adamın  səmimiyyətinə inanmamış .Onu digərləri kimi  işinə qarşı məsuliyyətsiz biri bilib. Ancaq otağın təmizliyini görəndə  heyrətlər içində qalıb . Aylardır içəri girilməyən otaq  tər -təmiz olmuşdu. Müdür bu cəld və bacarıqlı insanı işə almağa qərar verir.
 
-Yaxşı səni işə alıram.
 
-Ancaq mənim yatmağa yerim yoxdur.
 
-Onda burda yatarsan  və işə daha tez başlayarsan.
 
İstədiyi olan teatr həvəskarı , sakit bir formada otağdan çıxarkən müdür .
 
-Adın nə idi  sənin bura yazaq .. deyir .
 
Aldığı cavab isə , 
 
-William ! William  Shakespeare .... olur.
 
Bu hekayə həm insanı dəhşətə salan  həm də ilham vericidir. Shakespeare teatr həyatına bu formada başlayıb ... Düz qırx yaşında ... teatrı o illərdə  tanıyıb və  böyük bir əzmlə o möhtəşəm oyunları yazıb . Hətta böyük bir fədakarlıq göstərib  sənəti üçün . Sənət həyatı  müddətində  sadəcə üç saat yataraq həyatını davam etdirmişdir. Səhər tezdən oyanıb oyun  sınağını edir oyununu oynayır və axşam təzədən oyun yazır ... Bu hər zaman belə davam edirmiş.
 
Bu hekayəni ilk eşitdiyimdə  həyatım üçün  hiss etdiyim qayğıları bir qırağa qoydum.  Anladim ki ,  heç bir şey  üçün  gec deyildir. İnsan əgər istəyərsə  imkansız kimi görünən hadisələri  də reallaşdıra bilər. Təki  ürəkdən istəsin və bunun üçün səy göstərsin. Heç bir şey üçün gec deyil . 
 
 
Yetər ki ürəkdən istəsin və bunun üçün səy sərf etsin. Heç bir şey üçün gec deyil.
 
Neçə yaşında olursaq olaq...
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN