Heyvanlar Aləmindən İnsanlara Yol Göstərəcək Məsləhətlər.

0
6051
Heyvanlar Aləmindən İnsanlara Yol Göstərəcək Məsləhətlər.

Heyvanlar aləmindən insanlara yol göstərərcək,örnək olacaq bir çox fərdi inkişaf hekayəsi var.Bunlardan bir neçəsi…

 

Dişi şir

Bir gün heyvanlar kim daha çox bala doğa bilər deyə mübarizəyə başlayayır.

Hamısı birlikdə dişi şirin yanına gedib ondan neçə bala doğa biləcəyini soruşur.

Dişi şir “Bir” deyə cavab verir.

Digər heyvanlar bunun çox az olduğunu deyir.

Şir cavabında:

Tək də olsa mən “Aslan”doğaram!

    

Xəstə maral

Yaşlı bir maral xəstə düşür və otlaya bilmək üçün daha gözəl,otlarla zəngin bir çəmənlikdə yaşamağa başlayır.

Bütün heyvanlarla yaxşı yola getdiyi üçün heyvanlar tez-tez ona baş çəkməyə gəlir.

Zamanla hər gələn heyvan burada otladıqca çox qısa bir müddət ərzində çəmənlikdəki bütün otlar bitir.

Maral xəstəlikdən canını qurtarsa da bir müddət sonra yeyəcək heç bir şey olmadığı üçün ölür.

Yəni bəzən yaxşı şeylər belə paylaşdıqca bitə bilir.

 

Qaz və durna

Bir gün qaz və durna eyni tarlada yem axtaran zaman ovçunun onlara yaxınlaşmağa çalışdığını hiss edirlər.

Durna daha cəld və yüngül olduğu üçün həmin an uçur.

Amma qaz ağır hərərkət etdikləri üçün ovçunun əlindən canını qurtara bilmir.

Yəni yaxalanan hər zaman taqsirkar olan deyildir.

 

Xərçəng və anası

Ana xərçəng övladından soruşur:

- Niyə mənim ətrafımda gəzirsən? Öz yolunla get.

Bala xərcəng deyir:

- Yaxşı,ana.Sən öndən get,məndə sənin ardınca gələrəm.

 

Nə zaman danışacağını bilməlisən!

Bir şir bir qoyunu yanına çağırıb ondan nəfəsindən iy gəlib - gəlmədiyini soruşur.

Qoyun deyir:

- Bəli,nəfəsindən iy gəlir.

Şir bu cavaba əsəbiləşir və  qoyunu həmin anda parçalayır.

Daha sonra çaqqala səslənib yanına çağırır və eyni sualı ona da verir.

Çaqqal qorxudan bunu inkar edir.

Şir bunu çaqqalın düşmənçilik məqsədi ilə etdiyini və onu aldatdığını düşünür.Onu da öldürür.

Sıra tülküyə gələndə:

Əfsus ki,soyuqlamışam,xəstəyəm və burnum heç qoxu almır.

Ağıllı şəxs təhlükəli anlarda danışmaz.     

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN