İnsan Münasibətlərində Qərəzli Münasibət

0
5211
İnsan Münasibətlərində Qərəzli Münasibət

Bu, qərəzin necə bir şey olduğunu izah edən gözəl bir hekayə və testdir. Sizdə test edin, nəticəsini də görün...
 
Sual 1: Əngəlli səkkiz uşağı olan sifilis xəstəsi hamilə bir qadına rast gəlsəydiniz ona abort etdirməsini tövsiyə edərdiniz mi?
 
Bu sualın cavabına baxmadan əvvəl lütfən ikinci sualı oxuyun.
 
Sual 2:İndi bir dünya lideri seçmə zamanıdır və sizin seçiminiz də nəticəyə təsir edəcək. Bu üç namizəd haqqındakı məlumatlar:
 
1.namizəd: Saxtakar siyasətçilərlə əməkdaşlıq içindədir və falçılarla məsləhətləşir. İki məşuqəsi olub. Qutu-qutu siqaret çəkir və gündə 8-10 stəkan martini içir.
 
2. namizəd: İki dəfə işdən qovulub, günortaya qədər yatır, üniversitetdə oxuduğu zaman narkotikdən istifadə edib və hər gecə 1 litr viski içir.
 
3. namizəd: Medal almış bir döyüş qəhrəmanı, vegetarian, siqaret içmir, nadir hallarda pivə içir və evlilik xarici heç bir əlaqəsi olmayıb.
 
Seçiminiz bu namizədlərdən hansı olardı? Əvvəl qərar verin,  daha sonra cavaba baxın.
 
Cavab aşağıda..
 
-
 
 
 
-
 
 
 
-
 
 
 
-
 
 
 
-
 
 
 
-
 
 
 
 
 
1. namizəd: Franklin D. Roosevelt
 
2. namizəd: Vinston Churchill
 
3. namizəd: Adolf Hitler və bu arada ...
 
Abort sualına əgər “bəli” demisinizsə, Beethoveni öldürdünüz...
 
 
Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN