Müvəffəqiyyət Əldə Etmək Üçün Beş Vacib Amil

0
5123
Müvəffəqiyyət Əldə Etmək Üçün Beş Vacib Amil

“Uğursuzluqdan qorxursuzsa veya isdədiyiniz gədər uğur qazana bilmirsizsə özünüzə verməli olduğunuz 5 vacib sual var”
Velosiped sürməyi öyrəndiyiniz günləri gəlin bir yada salaq. Velosiped sürən uşaqları görmək sizi necə həyəcanlandırırdı, onlara baxıb sizdə bu bacarığa yiyələnmək istədiniz. Əvvəla yıxılmamaq üçün yan təkərləri olan velosiped sürməyə başladınız. Həyəcan və sevinc hissləri keçirdiniz. Lakin bunu bacarandan sonra daha artığına nail olmaq üçün  köməkçi təkərləri olmayan velosipedi sürmek sizə maraqlı gəldi. Köməkçi təkərləri çxarddıqdan sonra isə sizə heç də asan olmadı. Yıxıldınız, ağladınız, ayaqlarınız yara oldu, amma əl çəkmədiniz. Axırki istədiyinizə nail olub heç kimin köməyi olmadan, velosiped sürməyi bacardınız. Bu sizin üçün yeni bir nailiyyət idi. Hər gün oyanan kimi velosipedivizi sürməyə qaçdınız və zamanla peşəkarlaşdınız. Lakin siz bu yolu heç də qsa zamanda keçmədiz, məqsədivizə çatmaq asan olmadı.
 
Bəs indi qarşınıza çxan yeni şeyləri öyrənmək üçün həmin həvəsi gösdərirsiniz? Uşaq vaxtı keçirdiyiniz həyəcanları keçirdə bilirsiniz? Çətinliklərə baxmayaraq eyni istəklə yeni şeylər öyrənməyə hazırsınızmı? Yenilikləri öyrənməyə istəklisinizmi, yoxsa qarşınıza çxacaq çətinlikləri düşünüb özünüzü bu yoldan döndərirsiniz?
 
Nə oldu ki, uşaq vaxdı velosiped sürmək üçün göstərdiyimiz həvəsi  daha heç bir şeyə göstərmirik. Bunun tək bir səbəbi var, indi biz başqalarının düşüncə və fikirlərinə daha çox önəm veririk. Uğursuz görünməkdən və gülməli vəziyyətlərə düşməkdən qorxuruq. Əlbətdə ki, yeni şeylər öyrənmək və yaratmaq sizə “narahatçılıq” verə bilər və hətta bəzi “risklər” də daşıya bilər, lakin sadəcə uğursuzluqları və çətinlikləri düşünmək özü elə uğursuzluğa gedən yolun başlanqıcıdır.
 
Uğurlu olan insanlar, uğura gedən yolların uğursuzluqlardan keçdiyini bilirlər. Şubhəsiz ki, uğursuzluqlar onlarada narahatçılıq törədir, lakin onlar uğura gedən yoldakı çətinlikləri bu yolun ayrılmaz bir parçası kimi ğörürlər. Bir işin peşəkarı olmaq üçün zaman, əzm və istək lazım olduğunu bilirlər və yollarına davam edirlər.
 
Əgər bir yola uğur qazanmaq üçün cıxırsınızsa, dayanmadan yolunuza davam etdiyiniz halda, uğursuzluqlar sizin yolunuzdan çəkiləcək. Snamaqdan əl çəkdiyiniz anda uğursuz olmuş sayılacaqsınız. Uğursuzluq, uğura hələ çatmamış ola – ola yolların bitdiyini düşünüb işi yarımçıq qoymaq və kənara çəkilməkdir. Əl çəkmədən yoluna davam edə bilən insan üçün uğursuzluq deyə bir şey yoxdur. Çox çalışan və sınaqlara tab gətirən insan hər an uğur qazana bilər.
 
ÖZÜNÜZƏ VERMƏLİ OLDUĞUNUZ BEŞ SUAL:
 
1-) Çox qısa bir zamandamı uğur qazanmaq istəyirəm? Bu nə qədər realdır?
Bəlkədə uğura gedən yolda pillələri tez-tez keçıb, her şeyə tez nail ola biləcəyinizi düşünüb xəyallar qurursuz. Lakin təkcə çox çalışmaq sizə pillələri keçməyə komək edə bilər. Heçnə etmədən uğur sahibi olmaq bir yuxudur. Səbirsiz olmayın, başqa insanlar ilə özünüzü müqaisə edərək fikrinizin dağılmasına səbəb olmayın. Sadəcə hədəfinizə köklənərək siz uğura nail ola bilərsiniz.
 
2-) Həqiqətən özümü  hədəfə həsr edə bilirəmmi? Həqiqətən qərarlıyammı?
Məqsədinizə çatmağı arzu edirsiniz? Onda qarşınıza qoyduğunuz bu məqsədə çatmaq üçün etməli olduğunuz hər şeyi etməyə hazır olmalısız. Hədəfə çatmamış ağlınıza bu yoldan dönmək gəlməməlidir.
3-) Cəsarətimi qıracaq təsirlər altındamı düşmüşəm?
Uğursuzluqlara düçar olmaq normal bir haldır, hər insanın başına gələ bilər və insanı məyus edə bilər. Buna görədə gərək ətrafımızda bizi dəstəkləyən insanlar olsun. Əgər ətrafımızdakı insanlar bizi hər dəfə tənqid edib bizə neqativ ötürürlərsə, deməli bizim motivasiyamızı zəiflədirlər.
 
4-) Müvəffəqiyyət üçün hazırammı?
Müvəffəqiyyətə nail olmaq üçün, ona hazır olmaq lazımdır. Əvvəlcə sizə lazım olan savad və bacarıqlara yiyələnməlisiniz. Məsələn: Əgər siyasətə qoşulmaq istəyirsinizsə əvvəlcə insanların qarşısında çıxış etməyi örənməlisiniz, yada satış işi ilə əlaqəli bir iş görürsünüzsə insanları razı salma qabiliyyətlərinizi inkişaf etdirməlisiniz. Bəzən çox oxumaq, bəzən də bu işlərdə uğur qazanmış insanlardan nəsə öyrənmək lazım ola bilər. Unutmayın uğur qazanmış insanlar hər dəqiqə yeni  şeylər öyrənməyə davam edən insanlardır.
 
5-) Mən qarşıma çıxacaq olan çətinliklərə həqiqətən də hazırammı?
Gəlin unutmayaq ki, biz istəməsək belə, həyatımızda uğursuzluqlara düçar ola bilərik, məyusluqlar yaşaya bilərik. Gərək bunların çoxuna özümüzü hazırlayaq. Uğura gedən yolda çoxlu maneçiliklərlə qarşılaşmağın adi bir hal olduğunu qəbul etmək lazımdır. Məyus olmaqdan və səhv etməkdən qorxmamaq çox vacibdir. Əlbətdə ki, əl atdığınız hər işdə müvəffəqiyyət əldə etməyə bilərsiniz. Buna görədə hər uğursuzluğunuzu yeni bir şans olaraq görməlisiniz və hər şansı özünüzü təkminləşdirərək dəyərləndirməlisiniz.

ŞƏRH YAZIN