Yaşlı Bir Təqaüdçünün Uğurlu Cəhdi

0
6957
Yaşlı Bir Təqaüdçünün Uğurlu Cəhdi

Yaşlı bir adam təqaüdə çıxır və özünə bir məktəbin yanında ev alır.Təqaüdçü ilk həftələrini hüzur içərisində keçirsə də,dərs ili başladıqdan sonar narahatçılıqlar yaşamalı olur.Bu dözülməz və səs-küylü günlər onun narazılığına səbəb olur və yaşlı adam buna bir son qoymağa qərar verir.
Növbəti gün uşaqlar səs-küylə onun evinə doğru yaxınlaşan zaman yaşlı adam qapının önünə çıxaraq deyir:
- Mən də sizin yaşınızda olanda səs-küy yaratmağı sevirdim,mənə gəncliyimi xatırlatdınız.Əgər hər gün buradan keçərkən səs-küy salsanız sizə gündə 1dollar verəcəyəm.
Bu təklif uşaqları sevindirir və bu bir neçə gün də davam edir.Qısa bir müddət sonrayaşlı adam həmin uşaqları yanına çağıraraq deyir:
- Uşaqlar,maliyyə problemim var,sizə gündə 50 sent verməli olacağam.
Bu vəziyyət uşaqlara heç də xoş gəlmir və bir neçə gün sonar yaşlı adam uşaqları yanına çağıraraq deyir:
- Baxın,maaşımı hələki ala bilməməişəm və elə buna görə də sizə gündə ancaq 25 sent verə bilərəm. Razısınız?
Uşaqlar bu məbləğin çox kiçik hesab edərək deyir:
- Bu iş artiq bizlik deyildir.Biz bu işdən imtina edirik.
Beləliklədə yaşlı adam öz arzuladığı sakitliyə qovuşur
       
 
Tərcümə edən: Nəzrin Məmmədova
 

ŞƏRH YAZIN