Məsmər Və Hipnoz

0
3291
Məsmər Və Hipnoz

Orta əsrlərə qədər ruhi müalicə üsulları ilə dini inanc, tətbiq arasında olan möhkəm əlaqə XVIII və XIX əsrdə həll edilməyə başlamışdır. Məsmər(1733-18150) —dini baxımdan ayrılan ruhi müalicənin qabaqcılları arasında sayılır. Məsmər əlində tutduğu bir maqnitin yaratdığı ‘’maqnit dalğaları’’ vasitəsilə xəstələrin səhhətini yaxşılaşdırdığına inanırdı. Əvvəllər maqnit dalğasının gücünə bağladığı yaxşılaşmanın,daha sonralar özündən qaynaqlanan bir güc olduğuna inanmış, bədənindən xəstəyə keçən bir güc axınının xəstəni yatırdığı və səhhətinin yaxşılaşdığını irəli sürmüşdür. Əvvəllər ciddi iş və şərhlər edən Məsmər, sonralar işi yalnız şöhrət və pul üçün edən biri olmuşdur. Məsmərin işlərini araşdırmaq üçün göndərilən elm adamları,müalicə əsnasında fiziki bir gücün olmadığını, xəstələrin səhhətinin yaxşılaşmasının səbəbini,xəstə ilə həkim arasındakı duyğu və düşüncə yaxınlaşmasından qaynaqlandığını irəli sürmüşlər. Beləliklə,Məsmərlə ruhi müəlicənin əsas prinsipi ortaya çıxmış oldu. Charcot(1825-1893), Bernheim(1857-1932), Janet(1859-1941) ruhi müalicədə həkim-xəstə arasında romantik alış-veriş və təlqinin olduğunu irəli sürmüşlər və bu vəziyyətin hipnozla təmin edildiyini göstərmişlər. Bu görüşlər Freyd(1856-1939) və onu izləyənlərə uyğun mühit hazırlamışdır.
Dəstəkləyici və təhliledici müalicə:
Ruhi müalicədə istifadə edilən psixologiya təlimlərinin məzmununa görə ‘’dəstəkləyici’’ və ‘’təhlil edici’’ olaraq,bir-birindən fərqli iki böyük yanaşma forması da ayrıla bilər. Bu yanaşma formaları da ya fərdi olaraq,ya da qrup içində istifadə edilir. 
Bu halda ruhi müalicəni məzmun baxımından "dəstəkləyici və təhliledici", forma baxımından da "fərdi və qrup" müalicələri olaraq ayrılmaqdadır.
Bu gün tətbiq sahəsində müxtəlif psixologiya təlimlərindən qaynaqlanan bir çox ruhi müalicə üsulunun olduğu məlumdur. Bunların başında: Dəstəkləyici müalicə (Suggestive Psychotherapy); Təhliledici ruhi müalicə(Psixoanaliz),(Psychoanalysis); Davranış müalicəsi(Behavior therapy); Gestalt müalicəsi(Gestalt therapy) vardır. Format baxımdan fərqli xüsusiyyətləri olan qrup müalicələri yanında, bu cür müalicələrdən qaynaqlanan Ailə müalicəsi(Family therapy); Oyun və məşğuliyyət müalicəsi(Play therapy, Ergo therapy) kimi müalicə üsulları da sayıla bilər.
 
Görünür ki, ruhi müalicə üsulları məzmun və forma baxımından geniş bir sistemi əhatə edir. İnsanın davranışını dəyişdirməyi məqsəd qoyan bütün müalicə üsulları arasındakı fərq—müalicəni edən adamın yanaşması, müalicənin məqsədi, müddəti, edildiyi yer və etmək formasıdır.
 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN