Telefon Saxtakarları Hipnoz İstifadə Edirlərmi ?

0
2437
Telefon Saxtakarları Hipnoz İstifadə Edirlərmi ?

Son dövrdə gündəmdə olan telefonla dələduzluq halları ilə əlaqədar soruşulan bir sual var; "Saxtakarlar hipnoz istifadə edirlərmi" ?

Suala görə bəzi yanaşmalar, şərhlər və gələn suallar hipnozu anlamaqda çətinlik çəkdiyimizi göstərir.
 
Hipnozun mövzu edildiyi qorxu filmləri, romanlar, ya da hipnozun əyləncəyə daxil edildiyi səhnə hipnozu şouların yaratdığı səhv fikirlər bir tərəfə, hipnozu, sadəcə, trans halından ibarət zənn etməkdə məhdud bir hissdir.
 
Sonda deyəcəyimizi , ilk əvvəldə deyək. Fırıldaqçıların istifadə etdiyi metod xeyli hipnotikdir! Bu üsul şüuraltı zehinə qarşı duyğusal bir inandırmaq əməliyyatıdır.
 
Səhnə hipnozunda istifadə edilən bəzi texnikalarla örtülü bu saxtakarlıq şəklinin bəzi əsas silahları var. Bunlara müvafiq olaraq baxaq və sonra bəzi konkret nümunələrlə məsələni aydınlaşdırarkən hər dəfə insanların eyni hekayəyə necə inandıqlarını görək.
 
İstifadə edilən üsullardan ən əsası insanlar üzərində xəbərdarlıq edilən, gərgin həyəcan və qorxu hissidir. Bu qızğın hisslə şüurun/məntiqin üzərindən keçmiş olunur. Burada bu qorxudan, narahatlıqdan xilas olmağın yolu da təqdim edilərək insan bir növ “dəyənək/yerkökü” bərabərliyin içinə sıxışdırılır. Hətta əlil biri bu telefon dialoqu əsnasında fərqində olmadan, telefondakı adama gizli bir rəğbət bəsləməyə də başlaya bilər. Çünki qarşıdakı adam eyni zamanda özünü bu dəhşətli vəziyyətdən qurtarmağa çalışan biridir. Etibar ehtiyacının zirvə nöqtəyə çatdığı bir vəziyyətdən bəhs edirik.
 
İkinci üsul isə bu görüşlərdə zehnin davamlı məşğul edilməsidir. Temp sürətlidir və mühakimə passiv saxlanmağa çalışılır (sürət/hiss tərs mütənasibliyi). Bəzi təkrarlar çox edilər. Üçüncü texnika silah, inandırıcılıqdır. Bunu bir sıra texnologiyalarla təmin edirlər.Bu texnoloji dəstək olmasa da, istifadə edilən psixoloji manevrlərlə sona getməsi işdən belə sayılmaz. İstifadə etdikləri ən əhəmiyyətli və təsirli silah; Zəng edən adam dövlətin təhlükəsizliyinə görə məsuliyyətli yüksək səviyyəli mütəxəssis kimi özünü təqdim edərək şüuraltı beynə gedən ən böyük təsiri ələ almış olur. "Nüfuzunun güclü təsirini. Bu hakimiyyət fiquru insana "vəzifə" lər verir, adam  o vəzifənin tələbini yerinə yetirdikdə həm razılıq alacaq, həm də qorxu başa çatacaqdır. Yaxşılıq edən nüfuz! Qorxudan, gərginlikdən xilas olmaq üçün şüuraltı zehin bir çox məntiqsiz şeyi edər hala gələ bilər. Bu onun əsas dəlilidir. Qorxuları, fobizmləri düşünün.
 
Son olaraq istifadə edilən texnika, telefonun bəzi insanlarda həyəcanlandırıcı təsirinin istifadə edilməsidir. Qarşı tərəfi görməsəniz bir səs vardır. Bu bir az sirli və həyəcan oyandıran, hərəkətvericidir.
 
Təkrar söyləyəcək olsaq bu bir emosional inandırma əməliyyatıdır və şüurlu zehnin hər dəfə eyni hekayəyə aldanmasında qəribə bir şey yoxdur çünki inanan dərin zehindir. Məntiqli zehin rədd etsə də bir tərəfi (zehnin qorxuya qapılan tərəfi) buna inanmağı seçəcəkdir. Çünki dəhşətli halda inam hissinə ehtiyacı var insanın. Bu, insanların siqaretin bütün zərərlərini məntiqi zehinləri ilə bildikləri halda özlərini içməkdən ala bilməməklərindən çox fərqli deyil. Siqaret çəkərkən xidmət edilən hiss kef, rahatlama ehtiyacı və bənzəri ikən saxtakarlıq ssenarisində da inam ehtiyacı var. Bu telefon danışıqlarında inam ehtiyacı sanki satılmağa çalışılır və inam ehtiyacı şüuraltı zehnin ən fundamental ehtiyaclarındandır.
 
Aşiq olan biri mən hipnoz oldum deməz, amma məhəbbət hipnotikdir. Sevgisi uğrunda insanlar məntiqsiz bir çox şeyi edər hala gəlirlər, elə deyilmi? Bu halda ki bir adama "bu qız/oğlan sənə bunları bunları etdi, necə sevirsən onu"? desə bu sözü mənasızdır. Çünki "könül fərman dinləməz", yəni duyğu, məntiq qulaq asmır.
 
Ya da kinoya gedib filmin təsirinə düşənlər mən hipnoz oldum deməzlər. Amma təsiri hipnotikdir. Atam və Oğlum filmini xatırlayın. Bəs siz bu filmi izləyərkən, hissinə düşmüşkən, göz yaşlarınızı tuta bilmiyəcək vəziyyətdə yanınızdaki adam sizə o filmin ssenari olduğunu, bunun sadəcə bir film olduğunu desə reaksiyanız "heç də belə" reaksiyası olmur? Məntiqlidir söylədikləri və həqiqətdir, amma hiss bizi çəkir, hərəkətə keçirir. O an o hissin arxasınca getməyi seçərik. Duyğu hər zaman məntiqdən çox daha güclüdür. Qavrayış psixologiyasının əsas prinsipi də bunu təsdiqləyir duyğu, düşüncə, davranış.
 
Buna görə də üzərimizdə intensiv emosional təsir yaradan hər vəziyyət hipnotikdir. Bu gərgin hiss bizi o təsirin çəkdiyi yerə aparır, yəni duyğunun tələb etdiyi şəkildə davranmağa doğru. İntensiv duyğunun şüurlu zehni keçməsindədir ki hər zaman eyni hekayəyə inanmağı "seçer" insanlar.Emosional seçimlərimiz məntiqli olmaq məcburiyyətində deyil çünki! Amma bu seçkilərə məntiqli zehnimizlə təəccüblənmək haqqımız da mövcuddur.
 
Bəs bu hipnotik təsirdən necə qorunmaq olar? Burada sakit qalmaq işin ən mühüm qismidir. Bu cür bir zəng əvvəla, çoxumuz tərəfindən layiq olduğu qəti, dəqiq cavabı alacaqdır. Burada problem yoxdur. Qarşıdakının məqsədi hər yüz zəngdən 1, ya da 2 adamın zehnini ala bilməkdir.Bu cür bir zəng gəldiyində adamın başı qarışır kimi olursa, ayaqda isə otursun və ağızdan dərin nəfəslərlə bədənini rahatlatsın. Bu beyinə bir siqnaldır ki, mən rahatam, sakitəm. Sonra telefonu anında bağlayıb bunun bir saxtakarlıq olduğunu dərk etsin. İkinci bir zəng olsa layiq olduğu cavabı verib polisə xəbər edəcəyini deyib bağlasın. Hamısı bu.
 
Hər kəsə gözəl günlər arzulayıram.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 
 

ŞƏRH YAZIN