Trans haqqında

0
2752
Trans haqqında

Trans vəziyyəti beynimizin öz sağlamlığını qorumaq üçün təbii bir müdafiə mexanizmidir.Trans bəzi hallarda daha da dərinləşərək özünü göstərir və adamın bütün diqqətini öz daxili dünyasına yönləndirir və adamı xarici dünyadan uzaqlaşdırır.Məsələn şok zamanı ya da adamın diqqətini çəkən hər hansı bir hadisə olanda adam xarici dünyanı unudaraq tamamilə şüursuz və idarəsiz bir hala düşür və özü üçün əhəmiyyətli olan obyektlərə yönəldilir. Demək olar ki, bu vəziyyəti çoxumuz yaşadığımız halda vəziyyətin fərqində deyilik. Burada bizi transa hipnoz mütəxəssisi deyil, şəxsən özümüz çatdırırıq ...


Trans müxtəlif hallarda meydana gələ bilər. Bir futbol yarışında, bir konsertdə, bir siyasi arenada dinləyicilər və orada olanlar transdadır. Əgər bir restoranın qarşısında dayanıb şüşədən içəri baxsanız görəcəksiniz ki, hər kəs öz aləmində transtadır. Məktəblərdə təhsil zamanı, xəstəxanada müalicə sırası gözləyərkən, ya da müalicə zamanı adamlar transdadır.

Bundan başqa gündəlik həyatda insanlar əsəbiykən, sevincliykən, xəbərləri və ya reklamları seyr edərkən, TVdə ya da kinoda film izləyərkən transdadır. Hətta hücuma uğrayan bir insan da qorxu və şok səbəbiylə transdadır. Çempion olan komanda və oyunçuları sahədə transdadır. 
Göründüyü kimi trans demək olar ki həyatımızın hər mərhələsində öz yerini almışdır. Bununla yanaşı yorğun olanda ya da zehinimiz məşğul olarkən, avtomobil ya da evin açarını qoyduğumuz yeri tapa bilmədikdə,qolumuz və ya ayağımız harasa zərblə dəydikdə, ağrı hissetmədiyimizdə, necə yaralandığımızı xatırlamırıqsa trans vəziyyətində olduğumuzu deyə bilərik.

NLP'nin qurucuları Bandler və Grinder seminarlarında şüurlu olaraq biri "Hər şey bir trans'dır deyərkən, digəri trans deyə bir şey yoxdur deyərək bir paradoks yaradırlar..Bandler və Grinder trans vəziyyətini şüurun fərqli halı kimi qəbul edir və bu vəziyyəti insanların müxtəlif düşüncələr içində olduğu hal kimi ifadə edirlər.
NLP'nin əsas qaynağı olan və dünyanın öndə gələn hip-noterapistlerinden Milton Erickson, hər kəsin müəyyən dərəcədə trans vəziyyətini yaşadığını və az qala hər kəsin hipnoz edilə biləcəyi fikrini irəli sürərkən, hipnoz edilməyəcək kimsə yoxdur, yetər ki hipnotist elastik olsun deyərək klassik hipnoza yeni bir dünyagörüşü gətirmiş, və bu gün öz adıyla andan hipnoterapinin liderliyini etmişdir.

Bu yazı, gündəlik həyatda içində olduğunuz trans vəziyyətini-ki bunların bəziləri müsbət və bəziləri də mənfidir-aşkara çıxarmada və insanlara öz vəziyyətlərini görməkdə, hətta trans vəziyyətinin fərqinə varmadan, həqiqətləri görməkdə, insanları məhdudlaşdıran inanc və davranışların nə olduğunu aşkara çıxarmaqda kömək edir.
 

ŞƏRH YAZIN