Bəs Siz Nə Görürsünüz?

0
10715
Bəs Siz Nə Görürsünüz?

Bir gün yaşlı bir müəllim öz şagirdlərini yanına çağırır, onlara ortasında xırda qara nöqtə olan ağ vərəqi göstərir. Şagirdlərinin fikrini öyrənmək üçün onlara sual verir: 
- Baxın və deyin siz nə görürsünüz? 
- Nöqtə,- birinci şagird cavab verdi. 
- Qara nöqtə,-ikinci şagird cavab verdi. 
- Qalın qara nöqtə,- digər şagird cavablandırdı.
Cavabları eşidən müəllim küncə çəkilib, hönkür-hönkür ağlamağa başladı. 
- Söylə bizə müəllim səni bu qədər üzən nə oldu axı? -deyə şagirdləri soruşdular.
- Mən ona görə ağlayıram ki, mənim bütün şagirdlərim  xırda qara nöqtəni gördü, amma heç biri təmiz ağ vərəqə diqqət yetirmədi.... 

Biz çox vaxt insanları xırda çatışmazlıqlarına görə mühakimə edirik, onların böyük müsbətlərini görməzdən gələrik

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN