Bir Olmazsa Sıfırın Nə Önəmi Var?!

0
5087
Bir Olmazsa Sıfırın Nə Önəmi Var?!

 Sinif şagirdlərin səs-küyləri ilə dolarkən sərt görünüşlü müəllim qapıda peyda olur. Sinifə daxil olaraq şagirdləri gözdən keçirir. Təbaşirlə taxtaya böyük bir (1) rəqəmi yazıb “diqqətlə baxındeyir:

"Bu, şəxsiyyətdir. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey..."

Sonra birin yanına bir sıfır (0) qoyur:

"Bu, uğurdur. Müvəffəqiyyətli bir şəxsiyyət biri on (10) edər".

Bir (0) daha...

"Bu, təcrübədir. On ikən yüz (100) olarsınız".

Sıfırlar belə uzanıb gedir:

Bacarıq... intizam... sevgi...

Əlavə edilən hər yeni sıfırın şəxsiyyəti 10qat zənginləşdirdiyini izah edir müəllim... Sonra silginiəlinə götürüb ən başdakı biri silir. Geridə bir çox sıfır qalır.

Və müəllim əsas şərhi verir:

"Şəxsiyyətin yoxsa, o biriləri heçdir".

 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN