Zehnimizi Neqativ Düşüncələrdən Təmizləyərək Zəngin Ola Bilərik...

0
4047
Zehnimizi Neqativ Düşüncələrdən Təmizləyərək Zəngin Ola Bilərik...

Hamımız, həyatımızı daha yaxşı standartlarda yaşamaq üçün çalışarıq. Bəs işləməkdən əlavə istədiyimiz zənginliyə çatmağımızı təmin edəcək fərqli üsulları bilirik mi?

İlk öncə zehinsəl düşüncələrdən bəhs etmək istəyirəm. Hərkəs zəngin olmağı istər, lakin buna rəğmən zehnimiz bunun mümkün olmayacağı ilə bağlı neqativ - maaşım azdır, güclə dolanıram, yaşayış çətinliyi içindəyəm,  iqtisadi şərtlər ağırdır, yaxşı bir iş tapmaq çətindir, yaxın ətrafımda zəngin kimsə yoxdur və s. kimi düşüncələrlə doludur. Bunların fərqində olmamız, enerjimizi bu mənfiliklərin üzərinə cəmləməyimizə səbəb olur və nəticə etibarı ilə nə qədər əziyyət çəksək də problemlər bitmir!

Zehininizə inanmasanız belə, aşağıda qeyd edəcəyim mülahizələri beyninizə yükləyin! Yüksək mənliyimiz qeyd etdiyim bütün mesajları bir həqiqət olaraq qəbul edir və reallaşdırarkən bizim məhdud zehinimizin fərqində ola bilməyəcəyi qədər yaradıcı üsullarla çalışır.

İkinci qayda hər şeyin indiki zamanda olduğunu təsəvvür etmək və bəzən şifahi ifadələrlə bunu gücləndirməkdir.

Üçüncü qayda bu üsulun mütləq təsirli olması üçün qeyd edəcəyim afirmasiyaları yatmazdan dərhal əvvəl təkrarlamalıyıq. Beləcə bu afirmasiyalar, yatdığımız müddət ərzində neqativ düşüncələrimizlə mübarizə apararaq onları şəfalandıraraq təhtəlşüura(bilinçaltı) işləyəcək.

Sevimli yüksək mənliyim! Səni yaşamıma bərəkət və bolluğu çəkmək üçün proqramlıyıram. Həqiqətən mən bunun üçün lazım olan yaradıcılığa və sərhədsiz gücə sahibəm! Pul enerjisini yaşayışıma  asanlıqla çəkirəm! Həyatımda hərşey, mənə və digərlərinə çatacaq qədər bol və bərəkətlidir! O qədər zənginəm ki, bunu digər hər kəslə də paylaşıram! Paylaşdıqca, daha da zenginləşirəm! Bütün enerjimi bolluq və xoşbəxtlik üzərində cəmləyirəm! Xoşbəxtliyim həyatımın bütün sahələrində hiss olunsun!

Bu afirmasiyalardan əlavə etməmiz lazım olan şeylərdən biri də, istifadə etmədiyimiz əşyaları bir başqasına verməkdir! Beləcə yaranan enerji blokajlarını aradan qaldıraraq yenilərinin həyatımıza girməsinə imkan yaratmış oluruq; kainatda boşluq yoxdur, yaratdığımız hər boşluq, ən qısa zamanda doldurulur! 

Digər yol paylaşmaqdır! Paylaşaraq, zənginləşirik. Evimizdə və iş yerimizdə dağınıqlığa icazə verməyin, hər şey mümkün qədər müəyyən bir nizam içində olsun, beləcə enerjimizi, gərəksiz şeylərə istifadə etməmiş olarıq.

Enerjinizi, ödənilməmiş borclara cəmləməyin, ağılınıza gəldikcə onlara işıq göndərin və yüksək mənliyinizin bumum öhdəsindən asanlıqla gələcəyinə inanın!  

Zehnimizi, pulun haradan gələcəyini düşünərək, məşğul etməyin! Bunu düşünsəz pul enerjisinin qarşısına sədd çəkmiş olarsınız və nəticədə sizin üçün uğurlu yollar açılmaz! Yüksək mənliyiniz, sizin üçün lazımlı, uğurlu yolları tapır və həyata keçirir, buna mütləq şəkildə inanın!

Həyatımızın bolluq və bərəkətlə dolu olmasını diləyirəm!

 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN