Borcluların Duası

0
15138
Borcluların Duası

Bir vəzir yoxsullara, ehtiyacı olanlara dövlət xəzinəsindən borc pul verir, borc alanlar: “Borcumuzu nə vaxt qaytaracağıq?” - deyə soruşanda:“Padşahımız öləndə qaytararsınız”, - deyə cavab verirdi.

Bunu eşidən bir nəfər tez padşahın yanına gedir və deyir: "Qibleyi-aləm, sizin vəziriniz xəzinədən ehtiyacı olanlara borc pul verir, özü də 
 
Bunu eşidən padşah vəzirindən inciyir. Ancaq yenə də onu hüzuruna çağırıb, deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyir. 

Vəziyyətin nə yerdə olduğunu anlayan vəzir padşahın ürəyini yumşaldan  bu sözləri deyir: “Padşahım, deyilənlər doğrudur. Mən xəzinədən ehtiyacı olanlara borc pul verir, sonra da onlara “Padşahımız öləndə qaytararsınız”, - deyirəm. Ancaq mən bunu sizin ölməyinizi istədiyim üçün yox, əksinə daha çox yaşamağınız üçün edirəm.
 
Bilirsiniz ki, hər borcluya borcunun vədəsi qısa görünür, vədə tamam olmasın deyə dua edir. Bu, o deməkdir ki, borclular borclarını gec qaytarsınlar deyə, sizin ömrünüzün uzanması üçün dua edirlər. Allah qatında ən məqbul dualardan biri də borclu qullarının duasıdır”. 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN