İsti günlərin birində ata və oğlu uzunqulaqları ilə birgə tozlu küçələrlə işlərinin dalıyca gedirdilər. Ata uzunqulağın üstündə oturmuşdu, oğul isə uzunqulağın yüyənini tutub aparırdı.
- Yazıq uşaq, – deyə küçədən keçənlərdən biri səsləndi – onun balaca ayaqları uzunqulağın sürətinə güclə çatır. Sən necə atasan ki, uşağının taqətdən düşdüyünü görə-görə özün uzunqulağın üstündə gəzirsən?.
Bu sözlər ataya çox pis təsir etdi və küçəni dönən kimi uzunqulağın üstündən düşüb, oğlunu oturtdu, özü isə yüyəni əlinə alıb yola davam elədilər.
Bir azdan qarşılarına başqa bir nəfər çıxdı. Adam hər kəsin eşidə biləcəyi şəkildə bərkdən:
- Bu nə biyabırçılıqdır?! Balaca uzunqulağın üstündə şah kimi oturub gəzir, onun yaşlı atası isə ardıyca qaçır.
Oğul bu sözlərdən təsirləndi və atasından onun arxasında oturmağını xahiş elədi.
- Ay camaat,bu nədir belə- deyə çadrada bir qadın səsləndi,heç yazıq heyvana bu cür əziyyət verərlər? Yazıq eşşəyin beli əyilib, avara adamlar isə onun üstündə elə oturublar ki, sanki divandır. Yazıq heyvan.
Heç bir söz demədən ata və oğul uzunqulaqdan düşüb yollarına davam edirlər. Elə bir iki addım atmışdılar ki, qarşılarına çıxan ilk adam gülüb:
- Xeyr ola, eşşəyinizi işlətmirsiniz, heç bir xeyri də yoxdur. Heç olmazsa ikinizdən birini aparardı.
Ata əlini oğlunun çiyninə qoyub deyir:
- Nə etsək də, mütləq kimsə tapılacaq ki, bizim elədiyimiz ilə razı olmasın. Məncə biz öz yolumuzu necə davam edəcəyimizə özümüz qərar verməliyik.
Korrektor redaktor:Salmanlı Ayna