Solomon Adalarında Ağac Kəsmənin Maraqlı Hekayəsi

0
2621
Solomon Adalarında Ağac Kəsmənin Maraqlı Hekayəsi

Söz baltadan daha kəsərlidir! Sözlər sehirlidir, canlı aləmə ağla sığmayacaq şəkildə həyat bəxş etməklə yanaşı, eyni zamanda da canlı aləmi ağla sığmayacaq formada məhv etməyə qadirdir!  
Solomon adalarında yaşayan yerlilərin maraqlı ağac kəsmə üsulu olduğunu bilirdinizmi? Elektron mişar kimi teknoloji nemətlərdən məhrum olan yerlilər, balta ilə kəsə bilməyəcəkləri qədər qalın bir ağacı ÜFLƏYƏRƏK məhv edirlərmiş. Bəli, bəli ÜFLƏYƏRƏK... Balta ilə kəsə bilməyəcəklərini düşündükləri ağacların qarşısına birlikdə düzülüb bir ağızdan ağaca pis sözlər söyləyərlərmiş. Belə etmələrinə səbəb hər bir ağacın daxilində bir ruh yaşadığına inanmaqları və məhv edici pıçıltılarının bu ruhu gücləndirib ağacı tərk etməsinə inanmaqları imiş. Və haqlı olaraq da çıxırlar. Bir müddət sonra ağac qurumağa başlayır və məhv ediləcək vəziyyətə düşür.
 
İnanılası kimi deyil.... Ancaq nəzərə alsaq ki, insanlar kimi ağaclar da canlı varlıqlardır o zaman inanmaq olar!
 
 
Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN