Davranış və seçimlər sabahınızı qurar!

0
4745
Davranış və seçimlər sabahınızı qurar!

 Yaşlı dülgər artıq əldən düşmüşdü və təqaüdçülük zamanının gəldiyini hiss edə bilirdi. Müdiri olan şəxsə artıq işdən ayrılmaq istədiyini deyir. Müdir bu yaxşı adamın ayrılmasına çox kədərlənir və ondan son bir ev daha tikdikdən sonra işi buraxmasını xahiş edir. 


Dülgər qəbul edir və işə başlayır. Amma görsəniz, çox amma çox istəksizdi. Başdan sovma bir iş görür və keyfiyyətsiz vəsaitlər istifadə edir. Evi bitirdikdən sonra evə baxmağa gələn müdiri xarici qapının açarını dülgərə uzadır və "Artıq bu ev sənindir" deyir, "sənə məndən hədiyyə olsun!" 

Dülgər elə çaşmış və utanmış haldadır ki…. İçindən, "kaş ki etdiyim evin öz evim olduğunu bilsəydim!" deyə keçirirdi. "Həyat sənin etdiklərinin dizaynıdır" demiş biri. Unutmayın ki, bugünkü davranış və seçimlərimiz sabah yaşayacağımız evi qurar. 

ŞƏRH YAZIN