Ədalət hər səhər mənə isti bir çörək qoxusuyla gəlirdi...

0
10311
Ədalət hər səhər mənə isti bir çörək qoxusuyla gəlirdi...

 Alman kralı ll Frederick 1750-ci ildə Postdamdan keçərkən oranı çox bəyənir və "mənə burada bir saray tikin" əmrini verir. Ertəsi gün kralın adamları ora gedərkən, həmin yerdə köhnə bir dəyirman görürlər. Adamlar qapını döyürlər və yaşlı bir dəyirmançı qapını açır:

- Buyurun!
- Bizi kral göndərdi. Buranı görüb çox bəyəndi. Satın alacaq, qiyməti nə qədərdir?
- Satmıram ki, nə pulu?
- Axmaqsan? Kral istədi deyirik.
- Mənə nə?! Mən satmadıqdan sonra kimsə ala bilməz.
Adamları gəlib krala deyirlər ki:
- Zataliləri, bəyəndiyiniz yerdəki dəyirmançı dəlidir. "Satmıram" deyir.
- Çağırın görüm mənə bu adamı.
Dəyirmançı gəlib kralın qarşısında dayanır. ll Frederick:
- Səhv başa düşmüsünüz deyəsən bəy əfəndi, mən oranı satın almaq istəyirəm. Nə qədərdir qiyməti?
- Xeyr səhv bilmirəm, adamların da dünən bunu dedilər. Satmıram..!
- Bəy əfəndi, inad etməyin, pulunuzu artıqlamasıyla verəcəyəm.
- Sən bir kralsan və pulun çoxdur. Get Almaniyanın hər yerində saray tikdir. Buranı məndən əvvəl atam işlədirdi. Ona da atasından qalıb. Mən də övladıma verəcəyəm. Satmıram..!
ll Frederick ayağa qalxır:
- Unutma ki mən kralam..!
Dəyirmançı baxır və halını pozmadan:
- Sən də unutma ki, Berlində hakimlər var..!
Heç bir güc, heç bir siyasət, heç bir kral belə olsa ədalətdən üstün deyildir. Heç kimsə ədalətin üstünə çıxa bilməz, orada otura bilməz". 
Bu gün bütün inkişaf etmiş ölkələr hüquq fakultələrində bu hadisəni danışırlar. "Berlində hakimlər var..!"
İllərdir ki, Postdamda Sansosi sarayı və Dəyirman yan-yanadır. Kral və dəyirmançı ədalətlə qonşu oldular. Səhərlər ll Frederick arxa bağçaya çıxdığı zaman dəyirmançı ona səslənərmiş:
- Eyy, Frederick, çörək bişirdim, göndərimmi?
Bu haqda ll Frederick danışarkən deyirmiş ki:
- Ədalət hər səhər mənə isti bir çörək qoxusuyla gəlirdi...

ŞƏRH YAZIN