Erkən Qərar Verməyin!

0
16364
Erkən Qərar Verməyin!

Kəndin birində bir yaşlı adam varmış. Çox kasıb imış. Amma o qədər gözəl bir ata sahibmiş ki, kral belə onu qısqanırmış. Kral, at üçün qocaya hardasa xəzinəsinin hamısını təklif etmiş, amma adam atını satmağı düşünmədiyini söyləmiş.
- Bu yalnız bir at deyil mənim üçün. Bir dostdur. İnsan dostunu satarmı heç, demiş.
Ancaq bir səhər qalxdığında atını axırda tapa bilməmiş. Xəbəri alan kəndlilər, qocanın başına toplanmışlar.
- Bu atı sənə buraxmayacaqları, oğurlanacağı bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşayardın. İndi nə pulun var, nə də atın, demişlər.
Qoca sakitcə dinləmiş:
Qərar vermək üçün tələsməyin, demiş. Yalnız at itmiş deyin. Çünki gerçək bu, ondan sonrası sizin şərhiniz. Atımın itməsi pismi oldu yoxsa yaxşımı, bunu hələ bilmirik. Çünki bu hadisə hələ bir başlanğıcdır. Arxasının necə gələcəyini kimsə bilə bilməz.
Kəndlilər qocanın verdiyi cavaba qəhqəhəylə gülmüşlər. Sonra da evlərinə getmişlər.
Bir müddət sonra, at bir gecə qəflətən dönmüş. Üstəlik tək də deyilmiş. Yanında tam on iki dənə də vəhşi at varmış. Bunu görən kəndlilər toplanıb qocadan üzr istəmişlər.
- Sən haqlı çıxdın. Atının itməsi fəlakət deyil, bir sərvətmiş sənin üçün. Atın arxasına da bir çox vəhşi at qoşulub geri döndü. Indi bir at sürün var, demişlər.
- Qərar vermək üçün yenə tələsirsiniz, demiş qoca. Yalnız atın geri döndüyünü söyləyin. Bilinən gerçək bu. Ondan sonrasını hələ bilmirik. Bu daha başlanğıc.
Kəndlilər bu səfər qocaya lağ etməmişlər, amma içlərindən "Bu adam doğrudan dəli" deyə keçirmişlər. Bir həftə keçmədən qocanın oğlu, vəhşi atları tərbiyə etməyə çalışarkən atdan düşmüş və ayağını qırmış. Kəndlilər yenə gəlmişlər qocanın yanına:
- Bir dəfə daha haqlı çıxdın. Bu atlar sənə xeyir gətirmədi. Onların üzündən oğlun qıçını qırdı, demişlər.
- Siz erkən qərar vermə xəstəliyinə tutulmusunuz, deyə cavab vermiş qoca. O qədər tələsik etməyin. Oğlum qıçını qırdı. Gerçək bu. Sonrası sizin verdiyiniz qərar. Amma görəsən nə qədər doğru?
Bir neçə həftə sonra ölkə düşmən hücumuna uğramış. Kral son çarə olaraq bütün gəncləri əsgərə çağırmış. Kəndə gələn əsgərlər, qocanın oğlu xaricindəki gəncləri əsgərə götürmüşlər. Oğullarından ayrılmaq, bütün kəndliləri çox üzmüş. Yenə qocaya haqq vermişlər:
- Oğulunun qıçı qırıldı. Bu sayədə o orduya alınmadı. İndi yanında. Halbuki bizimkilər çox uzaqlarda. Oğulunun ayağının qırılması pis deyil, yaxşı bir olaymış məgər, demişlər.
- Siz erkən qərar verməyə davam edin, demiş qoca və əlavə etmiş. Halbuki nə olacağını kimsələr bilə bilməz. Bilinən bir tək gerçək var: Mənim oğlum yanımda, sizinkilər əsgərlikdə. Amma bunların hansının yaxşı, hansının pis olduğunu yalnız ALLAH bilir.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN