Əsəbləşərkən Nə Üçün Qışqırırıq?

0
9759
Əsəbləşərkən Nə Üçün Qışqırırıq?

Hindli bir ağsaqqal tələbələri ilə gəzərkən Qanq çayı sahilində bir-birilərinə əsəblə qışqıran bir ailə görmüşlər. O üzünü tələbələrinə çevirib, "insanlar nə üçün bir-birlərinə əsəblə bağırırlar?" deyə sual verir. 

Tələbələrdən biri "çünkü sükunətimizi itiririk" deyən zaman ağsaqqal "amma əsəbləşdiyimiz insan yanımızdaykən nəyə görə qışqırırq? O, insana söyləmək istədiklərimizi daha aşağı bir səslə də çatdıra bilərkən nə üçün qışqırırıq?" deyə yenidən soruşur. 
 
Tələbələrin səsi çıxmadığı üçün danışmağa başlayıb: "İki insan bir-birinə əsəbləşdiyi vaxt, qəlbləri bir-birindən uzaqlaşır. Bu uzaq məsafələrdən bir-birilərinin qəlblərinə səslərini çatdırmaq üçün qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox əsəbləşərlərsə, arada açılan məsafəni yox etmək üçün  o qədər çox qışqırmaqları lazım gəlir. "
 
Bəs, iki insan bir-birini sevən zaman nə olur? Bir-birilərinə qışqırmaq əvəzinə sakitcə danışarlar, çünkü qəlbləri bir-birinə daha yaxındır.  Arada məsafə ya yoxdur, ya da çox azdır. Bəs iki insan bir-birini daha artıq sevərsə nə olar?Artıq danışmazlar, sadəcə fısıldaşarlar, çünkü qəlbləri bir-birinə daha da yaxınlaşmışdır. Artıq bir müddət sonra danışmaqlarına belə ehtiyac olmaz, sadəcə bir-birilərinə baxmaları yetərlidir. Budur, bir-birini doğurdan da qəlbən sevən iki insanın yaxınlığı belə bir şeydir.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN