Əskikliyi Uğuru Oldu

0
5662
Əskikliyi Uğuru Oldu

9 yaşındakı yaponlu uşağın ən böyük xəyalı— bir gün çox yaxşı cüdoçu olmaq idi. Çox təəssüf ki, avtomobil qəzasında sol qolunu itirir. Həm balaca, həm də ailəsi bundan dolayı çox sarsıntı keçirir. 

Ailəsi sırf övladları vaxtını yaxşı keçirsin deyə,Yaponların cüdo üzrə ən tanınmış müəllimlərindən birini tuturlar. Müəllim uşağa tək qolla edə biləcəyi yeganə fırlatma hərəkətini öyrədir. Gecə-gündüz uşaqla ancaq bu hərəkəti məşq edirlər. Bir müddət sonra uşaq hərəkəti çox yaxşı və daha sürətli bir şəkildə eləməyə başlayır, amma müəllimi hər gün saatlarca eyni hərəkəti adətə əzbərlədir. Uşaq bu hərəkətdən bezir və başqa hərəkət öyrənmək istədiyini dediyi zaman, müəllimi dünyada bu hərəkəti ən tez onun edə biləcəyi günə qədər məşq etməsini və başqa hərəkət öyrətməyəcəyini deyir. Bir müddət sonra uşaq bu hərəkəti ildırım sürəti ilə eləməyi öyrənir. 

Uşağın müəllimi;artıq bir yarışmaya qatılmanın zamanının gəldiyini deyir. Bu mümkün deyildi. Tək qollu cüdoçu tək hərəkətlə yarışmaya qatılacaq. Uşaq etiraz etdikcə müəllimi: "Sən öyrəndiyin hərəkəti elə,qalanını fikirləşmə deyə nəsihət verər. 

1-ci tur, 2-ci tur deyərkən uşaq turları rahat şəkildə keçər və finala gəlir. Tək hərəkət bilməklə finala qədər gələn uşağın finaldakı rəqibi— bölgənin ən yaxşı cüdoçusu olur. Uşaq böyük cüssəli rəqibini görüncə qorxar. Müəllimi yenə də olduqca sakitdir, "Övlad sən bu hərəkətinlə dünyada təksən, onu elə bəs edər"— deyir. Uşaq rəqibinə öz bildiyi hərəkəti ildırım sürəti ilə edər, rəqib qalxdıqca eyni hərəkəti yenə tətbiq edər. 

İnanılmaz, olan olmuşdu. Uşaq tək qolla tək hərəkəti sayəsində çempion olmuşdu. Uşaq qalibiyyətin həyəcanı ilə müəllimindən soruşar: "İnana bilmirəm, mən necə çempion oldum?" Müəllimi yenə də sakit bir halda belə cavab verər: "Bu zəfərin iki sirri var oğlum. Birincisi, cüdonun ən çətin hərəkətlərindən birini çox yaxşı eləyə bilməkdir. İkincisi, bu hərəkətə qarşı tək bir qorunma vardır. O da hərəkəti tətbiq edənin sol qolunu tutmaq!" 
 
O əskikliyini üstünlüyə çevirməyi bacarmışdı. Bəs siz necə? Hələ də əskikliyinizi gizlətməyə çalışırsınız?
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

 

ŞƏRH YAZIN