Eynşteynin Sürücüsündən Ağıllı Cavab!

0
19907
Eynşteynin Sürücüsündən Ağıllı Cavab!

 Eynşteyn konfranslarına həmişə şəxsi sürücüsü ilə gedirmiş. Yenə bir konfransa getmək üçün yola çıxdıqları bir gün şürücüsü Eynşteynə deyir:


- Cənab, uzun zamandır ki, siz danışarkən mən də arxa sıralarda oturub sizi dinləyirəm və hardasa söyləyəcəyiniz hər şeyi sözbəsöz bilirəm. 

Eynşteyndə gülmsəyərək ona bir təklif edir:

- Yaxşı, indi gedəcəyimiz yerdə məni heç tanımırlar. Ona görə bügün palto və papaqlarımız dəyişək, mənim yerimə sən danış, mən də arxa sırada səni dinləyəcəm.

Sürücü razılaşır və beləcə onlar konfransa gəlirlər. Sürücü həqiqətən çox yaxşı və uğurlu bir çıxış edir və soruşulan bütün suallara doğru və səlist cavab verir. Elə yerinə oturacağı vaxt bir kişi, bu günə kimi konfransta soruşulmamış çətin bir fizika sualı soruşur. Sürücü heç özünü itirmədən sualı soruşan kişiyə çönüb deyir:

- Belə asan sualı suruşmağınız həqiqətən çox qəribədi.

Sonra da salonun arxasında oturan Eynşteyni işarə edərək sözünə davam edir:

- İndi bura arxa sırada oturan sürücümü çağıracam və soruşduğunuz sualı görəcəksiniz ki, o belə cavab verə biləcək. Siz də ağlınızdan yerində və zamanında istifadə etməyi bacarsanız, durum sizin lehinizə işləyə bilər. 

ŞƏRH YAZIN