Gerçək sevdanı bu nökərdən öyrənin!

0
15179
Gerçək sevdanı bu nökərdən öyrənin!

 Yavuz Sultan Səlim xan Misiri fəth etdiyində bir müddət orda qalır. Dövlətin idarəsini əlinə alıb hakimiyyəti yerləşdirmək üçün o bir çadırda qalır. Çadırı süpürüb təmizləyən, yeməyi bişirən Misirli nökər var idi. Həmin nökər Yavuz Səlim xan sabah çıxdıqda gəlir, çadırı təmizləyib, yeməkləri hazırlayır, axşam olunca çıxıb gedirdi. Bu arada da Yavuz Səlim xan çadırına dönürdü. 


Nökər bir dəfə necə oldusa bir neçə dəfə Yavuz Səlim xanı görür və ona aşiq olur. Lakin ümidsiz bir sevgi idi onunku. O bir cahan padişahı, bu isə sadəcə bir nökər.. Fəqət nökərin sevgisi böyüyüb qəlbinə, ruhuna sığmaz hala gəldi, nə edəcəyini bilməyib sevgisini padşaha bildirmək qərarına gəlir.. Çox düşündükdən, götür qoy etdikdən sonra sevgisini məktubla bildirəcəyi qərarına gəlir. Və üç kəliməlik bir məktub yazaraq Xəlifə həzrətlərinin yatağının üstünə qoyur. Məktubda sadəcə üç kəlimə yazılıb.

"Dərdi olan neyləsin?"

Axşam Sultan Səlim xan gəlib yatağının üzərində kiçik bir kağız parçasını tapıb oxuyur və məktubu çadırı süpürən nökərə aid olduğunu anlayır. Və kağızın arxasına cavabını yazır:

"Dərdi nə isə, söyləsin".

Padşah kağızı yenə eyni yerə qoyur. Sabah olunca da çıxıb gedir. Bir müddət sonra nökərə təmizlik üçün çadıra gəldiyində ilk olaraq kağızı axtarır. Kağız buraxdığı yerdə dururdu... Cəld hərəkətlə məktubu alır və oxuyur. Xəlifənin sözləri onu cəsarətə gətirir, məktubu çevirib o biri üzündə yazır:

"Qorxursa neyləsin"?

Axşam olur. Xəlifə çadırına dönür,kağızı oxuyub cavabını yazır:

"Heç qorxmasın söyləsin".

Ertəsi günü məktubda yazılanlardan daha da ürəklənən nökər qərarını verdi: nə olursa olsun bu axşam Xəlifəyə söyləyəcəkdir! 

Olacağa çarə olmaz, artıq qismətində nə varsa olacaq... Axşam çıxıb getmir, Sultan Səlim xan çadırına döndükdə nökəri onu gözləyən halda görür. Nökər Xəlifəni görüncə tez ayağa qalxır... Yavuz Səlim xan: 

"Buyurun sizi dinləyirəm"
 
Bunu eşidən nökər bütün cəsarətini toplayıb titrəyən əllərini gizlətmək üçün əlləriylə dirsəklərini tutaraq qollarını ovuşdurur, həyəcandan üzü qıpqırmızı olur. Ürəyi yerindən çıxacaq halda titrək səslə:

"Əfəndim..." deyir. "Nökəriniz....Sizə..."

və cümləsini tamamlaya bilmədən yerə yıxılır. Qəlbinə, köksünə sığmayan sevgisini söyləyə bilmədən ruhunu təslim edən nökərinin bu tərtəmiz sevgisi qarşısında Xəlifə belə göz yaşlarını silərək ətrafındakılara belə deyir:

"Gerçək sevdanı bu nökərdən öyrənin. Aşiq məşuqunun yolunda olur və o yolda ölür".

ŞƏRH YAZIN