Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (3-Cü Hissə)

0
5711
Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (3-Cü Hissə)

Bir gün insan “ vergül ”işarəsini itirdi. O zamandan çətin və uzun cümlələrdən qorxaraq daha sadə cümlələrdən istifadə etməyə başladı. Cümlələri sadələşdikcə düşüncəri də sadələşdi.
 
Bir başqa gün “nida” işarəsini itirdi. Alçaq bir səslə və səs tonunu dəyişdirmədən danışmağa başladı. Artıq nə bir şeyə əsəbləşir, nə bir şeyə sevinirdi. Heç nə onda ən kiçik həyəcan belə oyatmırdı. 
 
Bir müddət sonra “sual” işarəsini itirdi və artıq heç bir sual soruşmaz oldu. Heç nə artıq onu maraqlandırmırdı; nə kainat, nə dünya,nə özü.... 
 
Bir neçə il sonra “qoşa nöqtə” işarəsini itirdi. Artıq davranışlarının səbəbini başqalarına açıqlamaqan imtina etdi.
 
Ömrünün sonuna yaxin əlində sadəcə “dırnaq” işarəsi qalmışdı. Özünə aid heç bir fikri yox idi yalnız başqalarının fikirlərini təkrarlayırdı. 

Sıra “nöqtəyə” gəlincə isə düşünməyi və oxumağı unutmuş halda idi...

 
Tərcümə edən: Mehralıyeva Bəsti
 

ŞƏRH YAZIN