Manqo Ağacı

0
5374
Manqo Ağacı

Çox  uzun illər əvvəl bir manqo ağacı yaşayırdı.Balaca bir oğlan hər gün onun ətrafına gəlib oynamağı sevirdi.O,ağacın başına kimi çıxır,meyvələrindən yeyir və kölgəsində bir az yuxulayardı.O,ağacı sevirdi,ağac da onunla oynamağı sevirdi.

Vaxt keçdi........balaca oğlan böyüdü.O,bir daha ağacın yanına gəlib oynamırdı.Bir gün oğlan üzündə kədərlə ağacın yanına gəldi.
- “Gəl və mənimlə oyna”ağac dedi.
- “Mən artıq uşaq deyiləm,daha ağacın ətrafında oynamıram”oğlan dedi.”Mənə  oyuncaq lazımdır ,ancaq onu almaq üçün də pulum yoxdu”.
- “Bağışla mənim pulum yoxdu....ancaq sən mənim bütün meyvələrimi toplayıb sata bilərsən,onda pulun olacaq”ağac dedi.
Oğlan çox sevincli idi.O,ağacın bütün meyvələrini topladı və sevinə-sevinə oranı tərk etdi.Oğlan bir də geri qayıtmadı.Ağac çox qəmgin idi.
Oğlan artıq böyük insan olmuşdu.Bir gün ağacın yanına gəldi.Ağac çox sevinirdi.
- “Gəl və mənimlə oyna” ağac dedi.”Mənim oynamağa vaxtım yoxdu.Mən ailəm üçün işləyib ev almalıyam.Mənə kömək edə bilərsən?”oğlan dedi.
- “Bağışla mənim evim yoxdu......ancaq sən mənim budaqlarımı kəsib ondan ev tikə bilərsən”ağac dedi.Beləliklə kişi ağacın bütün budaqlarını kəsib oranı sevinclə tərk etdi.Ağac onu xoşbəxt görməyə çox sevinirdi,ancaq oğlan yenə də geri qayıtmadı.Ağac yenə tək və qəmgin qaldı.
Bir gün isti yay günündə oğlan ağacın yanına gəldi.Ağac çox sevinirdi.
-  “Gəl və mənimlə oyna “dedi ağac.
- “Mən çox hüzünlüyəm və getdikcə də qocalıram.Mən dəniz səyahətinə çıxıb istirahət etmək istəyirəm.Ancaq qayığım yoxdu”kişi dedi.
- “Sən qayıq hazırlamaq üçün mənim gövdəmdən istifadə edə bilərsən.Beləlikə sən səyahətə çıxarsan və xoşbəxt olarsan”ağac dedi.
Beliklə kişi ağacın gövdəsin kəsib ondan qayıq hazırladı və istirahətə getdi,ancaq uzun müddət geri qayıtmadı.
Nəhayət,bir gün kişi uzun illərdən sonra geri qayıtdı.
-  ”Bağışla ancaq artıq mənim sənin üçün heç nəyim yoxdu.Artıq manqo da yoxdu”ağac dedi.
-  “Mənim də yeməyə dişim yoxdu”kişi dedi.
-  “Artıq gövdəm də yoxdu ,dırmaşmağın üçün”ağac dedi.
-  “Mən artıq onun üçün çox qocayam”kişi dedi.
-  “Mən həqiqətən sənin üçün artıq heç nəyim yoxdu.......yalnız ölmək üzrə olan köklərim var”ağac kədərlə dedi.
- “Mənim indi artığına da ehtiyacım yoxdu.Yalnız dincəlmək üçün bir yer lazımdır.Mən bütün bu illərdən sonra çox yorğunam”kişi dedi.
- “Əla!Qoca ağacın köklərindən yaxşı yer tapa bilməzsən dincəlmək üçün.Gəl və otur istirahətini et”ağac dedi.
Kişi oturdu,ağac bundan çox mənmun oldu və gülümsədi.
 
Bu hekayədə ağac bizim valideynlərimizi əks etdirir.Biz balaca olanda onlarla oynamağı sevirik.Biz böyüyəndə  onları tərk edirik və birdə köməyə ehtiyacımız olanda yanlarına qayıdırıq.Valideynlər öz həyatlarını bizə qurban verirlər.Onlar bizim gələcəyimizin yaxşı olması üçün hər şey edir.Bəs nə üçün biz onların nəyəsə ehtiyacı olanda heç nə edə bilmirik?!
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN