Mühakimə Etməmişdən Əvvəl Fikirləş

0
11443
Mühakimə Etməmişdən Əvvəl Fikirləş

Həkim təcili olan bir zəngi qəbul etdikdən sonra tələsik xəstəxanaya daxil oldu.O,cəld palatarını dəyişdi və birbaşa əməliyyat otağına getdi.O,otağa çatanda xəstə uşağın atasını gözləmə zalında olduğunu gördü.

Onu görən kimi ata qışqırdı:”Nə üçün gəlməyin bu qədər vaxt aldı?Sən bilmirsən ki,mənim oğlumun həyatı təhlükədədir?Sənin heç məsuliyyət hissin yoxdur?”
Həkim güldü və dedi:”Təəssüf edirəm, mən xəstəxanada deyildim,mənə zəng  gələn kimi özümü bura tez bir zamanda yetirməyə çalışdım.Siz sakitləşin ,mən də öz işimi görüm”.
“Sakitləşin?!Əgər sizin oğlunuz indi bu otaqda olsaydı ,siz necə sakitləşərdiz?Əgər sizin oğlunuz belə gözləyərkən ölmək üzrə olsaydı,nə edərdiz?”-ata qəzəblə dedi.
Həkim yenidən güldü və cavab verdi:”Biz Allahın köməkliyi ilə əlimizdən gələni edəcəyik,siz də onun sağalması üçün dua edin”.
“Məsləhət vermək belə çox asandır”ata mızıldandı.
Əməliyyat bir neçə saat davam etdi,həkim sevincək otaqdan çıxdı.
“Allaha şükür!Sizin oğlunuzun həyatı xilas oldu”Və atanın cavabını gözləmədən gedə-gedə “Əgər bir sualınız olarsa tibb bacısına deyin” dedi.
“Nə üçün o bu qədər özündən razıdır?!Mən oğlumun halını soruşacaqdım amma o heç bir neçə dəqiqə də gözləmədi”.Həkim getmişdi ki ,tibb bacısı gəldi.Tibb bacısı gözündə yaşla cavab verdi.”Onun oğlu dünən yol qəzasında ölüb.Biz  sizin oğlunuzun əməliyyatı üçün ona zəng edəndə dəfn mərasimində idi.Ancaq indi o sizin oğlunuzun həyatını xilas etdi,öz oğlunu isə son mənzilə yola sala bilmədi”.
 
Nəticə :İnsanları mühakimə etməyin,çünki siz heç vaxt onların həyatında nə baş verdiyini və hansı sınaqlardan çıxdığını bilmirsiz.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN