Öküz və inəyin hekayəsi

0
10592
Öküz və inəyin hekayəsi

 Bir kənddə çox varlı ,ancaq varlı olduğu qədər də xəsis bir adam var idi.Hamı onun xəsisliyindən danışırdı. Bir gün xəsis varlı bir alimin yanına gedir və:

 
- Niyə hamı mənə xəsis deyir, başa düşə bilmirəm. Halbuki var-dövlətimin böyük bir hissəsini xeyriyyə cəmiyyətlərinə vəsiyyət etmişəm.Üstəlik də, kənddə bunu eşitməyən, bilməyən yoxdur,- deyir. 
 
Alim xəsis varlını diqqətlə dinləyir, bir qədər susur və belə deyir :

- Sənə bir heyakə danışacağam. Mənə diqqətlə qulaq as. "Öküz və inəyin" hekayəsini... Bir gün bir öküz bir inəyə: 

"İnsanlar məni heç sevmirlər,ancaq səni çox sevirlər. Məndən heç danışmırlar, ancaq səndən danışmadıqları gün yoxdu. Bilirəm, sən onlara süd verirsən. Ancaq mən də onlara ət verirəm, dəri verirəm. Niyə məni sevmirlər, başa düşə bilmirəm... İnək bir qədər susur və öküzə deyir:

- "Sən bütün bu dediklərini öləndən sonra verirsən, ancaq mən isə hər gün verirəm"...
 

ŞƏRH YAZIN