Qəddar və günahkar insan vəfat edir.Cəhənnəmin qapısında onu mələk qarşılayır.Mələk deyir:"Cəhənnəmə getmək istəməyəcəksən bilirəm. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edərki bağışlanıb, Cənnətə düşəsən".
Kişi həyacanla fikirləşir,bütün qohumlarını,dostlarını, ətrafında olan insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür.Vaxtı bitir, o xilas üçün bir səbəb tapa bilmir.
Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki,o qışqırır: "Dayanın xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyyatla keçirdim ki, onun yuvası pozulmasın". Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir,öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır.
Bu vaxt aşağıda olan digər günahkar insanlar da torun aşağısında yapışıb, xilas omaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır. Kişi qorxur: "Birdən adamlar ağırlıq edər, ip qırılar". Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan gələn insanları yerə itələməyə başlayır. Bu vaxt həqiqətəndə ip qırılır və kişi Cəhənnəmə yuvarlanır.
Son anda onun qulağına Mələyin səsi gəlir: "Təəssüf.Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq etmək şansını da əlindən qaçırtdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığıda itirdin".
Ona görə deyirlər ki, yaxşılıq et at dənizə. Balıq bilməsə də xaliq biləcək. İlk fürsətdə yaxşılıq edin ki, cəhənnəmdən xilas olmağınız üçün heç olmasa bir şansınız olsun.