Amma Mən Şirkətimi Sevmirəm!

0
1664
Amma Mən Şirkətimi Sevmirəm!

Mövzumuz:İşçi asılılığı.

Qovluqlarımız:Şirkətinə bağlı kimi görünən,amma əslində bağlı olmayanlar və bağlı kimi görünməməyə çalışan,amma həqiqətdə bağlı olanlar.

Başımızı qarışdıranlar:Hər sektorda olduğu kimi insan resursları sektorunda da olan analiz və dəbdəbəli şüarlar.

Məqsədimiz:İnsan resurslarındakı problemlərə məhsuldar,qalıcı və hər kəs tərəfindən asanlıqla qəbul edilən real həll yolları tapmaq və onları inkişaf etdirmək.

Bizləri təqib edənlər bilir ki,keçən mövzularımızdan birində sizləri şirkətini sevən işçilər və onların işə münasibətlərilə tanış etmişdik.Bu dəfəki yazımızda isə sizi uzun illərdən bəri öz iş həyatından narazı olan və şirkətini sevməyən insanlarla tanış edəcəyik.

Uzaqdan sevənlər:Vaxtında şirkətlə və ya rəhbər işçilərlə yaşadıqları problemlər ucbatından zəruri olaraq, şirkətlərindən ayrılmış olmalarına baxmayaraq,əvvəlki şirkətlərinə qarşı olan eşqləri hələ də davam edir.Çünki əslində heç vaxt ayrılmaq istəməyiblər və bu sevgini heç bir zaman özlərinə belə etiraf edə bilməzlər.Əvvəlki şirkətdəki yeni rəhbər işçilərdən gələcək olan “bizimlə təkrar işləyərsənmi?” dəvətini illərlə bezmədən gözləyirlər.Ancaq bu şəxslər işçi asılılığı statistikalarında görünməzlər.

Ağılları sonradan başlarına gələnlər:Öz şirkətindən ayrılıb başqa bir şirkətə üz tutan və daha ağır şərtlərlə üzləşdiyi zaman geriyə dönməyin xəyalını qururlar.Çünki çöldəki həyat gözlədikləri kimi çıxmamışdır.Əsas məsələ və maraq ondadır ki,bu prosesin sonunda köhnə şirkətlərinə yenidən geri qayıdanların həmin şirkətə və öz işlərinə olan bağlılığı daha səmimi və ciddi bir şəkildə artacaq.Ancaq yenidən işə girmədikləri müddətcə işçi asılılığı statistikalarında görünməzlər.

Həm sevərəm,həm əsəbiləşərəm deyənlər:Şirkətdə səhv etdiyini düşündükləri mövzulara yenidən baxılması üçün israrla müxalifət edirlər.Bu yanaşma ilk baxışdan onları itələyici bir mövqeyə aparsa da,diqqətli bir müşahidə əsasında edilən tənqidlərin həqiqi olduğu və ancaq şirkət,ya da rəhbərlik divarına həkk olunduğu görülür.Belə tip işçilər rəhbərliyin gözündə şirkətinə bağlı olmayan və davamlı olaraq problem yaradan insanlardır.

Səssiz inciyənlər:İşlə bağlı olaraq,məhsuldarlığı artıran,qənaət edici  və s. təkliflər irəli sürsələr də,hər kəsin yanında “sən öz işinə bax,indi də başımıza yeni işlər,problemlər çıxarma!” damğasını aldıqları o məlum gündən sonra bir daha səslərini eşidən olmamışdır.Həmin insanlar məhz bu səbəblərdən dolayı işçi asılılığı statistikalarında görünməzlər.

Başı qarışıq olanlar:Yanlış bir şirkətdə yaxşı,ya da bir rəhbər işçi ilə çalışdıqları üçün kimi,nəyi,nə vaxt və necə dəyərləndirəcəkləri mövzusunda ciddi qərarsızlıqlar yaşayan olduqca böyük bir qrupdur.Yaxşı rəhbər pis şirkət modeli üçün saxta bir işçi görüntüsü yardarkən,pis rəhbər yaxşı şirkət üçün yenə saxta bir işçi narazılığı yarada bilir.Davamlı olaraq,geri bildirişlər verən bu qrupun işçi asılılığı statistikası bir-birilə sıx bağlıdır.

İndi təqdirəlayiq bir hal olaraq,bu profillərin hamısı “işçi asılığı” mövzusunda yazılan mənfi portretləri cəlb edə bilir.Əgər həqiqətən də vəziyyətin fərqinə varsaq,onların şirkətləriylə aralarındakı bağları görünən etmək üçün nələri etmək lazım olduğunu biləcəksiniz.Təbii bir hal kimi həmin resursları statistikalardan kənarda,bu hesabatların xaricində,çöldə axtarmaq lazımdır.

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN