İş Həyatında Uğur Qazanmaq Üçün Yaradıcılığını İşə Sal!

0
2746
İş Həyatında Uğur Qazanmaq Üçün Yaradıcılığını İşə Sal!

Hər il minlərlə gənc ali məktəblərin məzunu olur və dərhal iş həyatına atılmağı arzulayır.İş dünyasına nəzər salsaq,burada sanki onlar bir məhsul,müəssisələr isə məhsulu bazardan seçib alan və onu qiymətləndirəcək olan müştərilərdir.Məhsul sayının bu qədər çox olduğu bir bazarsda seçilən və axtarılan ola bilmək üçün nə etmək lazımdır?

Bunu ancaq yaradıcılığı işə salmaqla həll etmək mümükündür.İş dünyasında sıradan insanlara yer yoxdur.Çünki müəyyən bir müddətdən sonra tıxanacaqlar.Hərçənd ki,təhsil sistemimizdə yaradıcılıq mövzusu hər zaman arxa planda qaldığı üçün onu hərəkətə gətirmək müəyyən qədər çətinləşir.Yeni analizlərə,yeni beyinlərə açıq bir cəmiyyət olduğumuzu demək bir o qədər də asan deyildir.Bu səbəbdən də yeni məzun olan və kariyera yolunda ilk addımlarını atan gənclər  digər yaşıdlarından,dostlarından və rəqiblərindən daha fərqli olduqlarını və öz üstünlüklərini göstərməlidirlər.Həmin fərqi göstərə bilmək isə ancaq yaradıcılıqla həyata keçir.İş həyatında ən yüksək hədəflərə kreativ insanlar çatırlar.Yaradıcılıq özü isə insanın irsi xüsusiyyətlərindən,göstərdiyi səy və  aldığı təhsildən asılıdır.

Məqsədiniz iş axtarmaq və ya çalışdığınız işdə yüksəlməkdirsə,tək ehtiyacınız olan şey “Fərq yaradan” ola bilməkdir.Bunun üçün beyninizdəki və ruhunuzdakı yaradıcılıq potensialını inkişaf etdirmək və özünüzü kiməsə bəyəndirməyə çalışmamaqdır.Özünüz olun,ancaq öz yaradıcılıq potensialınızı ortaya qoymaqdan çəkinməyin.

 

 Tərcümə etdi:Nəzrin Məmmədova 

ŞƏRH YAZIN