İşçi Məmnuniyyəti Anketinin Bir Qrup Şübhəli Qismi

0
1712
İşçi Məmnuniyyəti Anketinin Bir Qrup Şübhəli Qismi

İşçi məmnuniyyəti anketinə nəzər saldığımız zaman istər öncədən,istərsə də sonradan müxtəlif profillərə rast gələ bilirik.İndi isə gəlin,onların bəziləri ilə tanış olaq.

Tribunalara oynayan idarəçilər: Bu tip insanlar öz fəaliyyətini fısıltılı bir səs tonuyla və çay yoldaşlarıyla həyata keçirirlər.Onlar üçün məsələnin yalnız görünən tərəfi önəmlidir.

Hiyləgər tiplər: Əlində olanlarla kifayətlənməyi bacarmayıb daha çoxunu arzulayan işçilərdir.

Əsəbi olanlar: Uzun zamandan bəri eyni şirkətdə çalışmalarına baxmayaraq,öz şirkətinə hirs yığan və fürsət tapdıqca bunu qaytarmağa davam edənlərdir.

Qeybətçi pessimistlər: Yalnız mənfi yüklü mövzulara fokuslanıb bunları hər fürsətdə ətrafıyla paylaşaraq xoşbəxt olmağa çalışanlardır.Bu tip insanlar dildən pərgardırlar və dil əzələləri güclüdür,xoşagəlməz hadisələrdən zövq alırlar.

Səssiz qorxaqlar: Rəhbərlikdən qorxduqları üçün heç bir halda səslərini çıxarmazlar və onları baxışlarından rahatlıqla tanıyırsınız.

70-80-ci illər: Anket sonrası ortaya çıxan problemləri, yeni nəslin “mənasız” müraciət formalarını görərək,köhnə nəslin rəhbər heyətinə xoş görünməyə çalışırlar.

Başı qarışıq olanlar: Yaxşı bir şirkətdə pis idarəçi ilə,pis bir şirkətdə yaxşı idarəçi ilə həmsöhbət olduqları üçün kimə qarışqcaqlarını və kimin dərdinə yanacaqlarını bilməyənlərdir.

“Belə gəlib,belə gedər” deyənlər: Anketin heç bir şeyi dəyişdirməyəcəyini,hər şeyin saxta olduğunu  və nizamın neyni bir şəkildə davam edəcəyini düşünənlərdir.Bəzən də haqlı çıxan profil kimi xatırlanırlar.

Sözü kəsərli olanlar: Anket sonrası ortaya çıxan işçi narazılığı ilə əlaqədar olaraq, özlərində heç bir məsuliyyət görməz və “onsuzda mənim departamentimdə problem yoxdur!” deyərək digər idarəçiləri günahlandıran idarəçilərdir.

Fikri dəyişənlər:Anket əvvəli edilən üz-üzə danışıqlarda çoxlu sayda şikayət etmələrinə baxmayaraq,sonradan vəziyyəti başa düşərək müsbət yöndə qiymətləndirən şəxslərdir.Yəni “betərin də betəri vardır,bu halımıza şükr edək”.

 

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

 

ŞƏRH YAZIN