Online pul qazandıran 50 blog ideyası

0
560
Online pul qazandıran 50 blog ideyası

Blog açaraq internetdən online pul qazanmaq, artıq bir çox şəxsin hobbisi olmaqdan çıxıb həqiqi iş kimliyinə bürünməyə başladı. Hazırda blog sahiblərinin bir çoxu, artıq daha peşəkar məqalələr yazır və aktual mövzuları təqdim edirlər. Bu sahədə bir çox  uğur nümünəsi də mövcuddur.

 
Online pul qazanmaq istəyən təşəbbüskarlar hansı sahələrdə blog aça  bilərlər? Bax, bu sualın cavabını bu məqaləmizdə sizinlə bölüşəcəyik. Həmçinin, sadəcə blog açaraq və orijinal məqalə yazaraq pul qazanılmadığı üçün, sizə öyrənib əməl etməli olduğunuz məlumatları təqdim edəcəyik.
 
Blog, qısa şəkildə Web gündəliyi deməkdir. İlk məqsədi, gündəlik yazmaq olan blog termini, hazırda bir çox termini də əhatə edir. Məsələn, yeni blog saytları artıq sadəcə insanların özləri üçün deyil, oxuyucuları üçün də verdiyi məlumatlarla doludur. Misal üçün, bir toxunma əl işləri blogunda ilk vaxtlar sadəcə blog sahibinin öz əl işləri sərgilənirdi. Təkmilləşən texnalogiya və oxuyucuların istəyi ilə artıq blogcular sadəcə öz əl işlərindən deyil, oxuyucularının da toxunma əl işlərindən öz bloglarında bəhs edirlər.Online pul qazandıran blog ideyaları
 
Moda blogu açmaq
Moda sahəsində bilikləriniz varsa, tənqid+ bəyənmə ilə bağlı yazılarınızı bir blog açaraq oxuyuculara təqdim edə bilərsiniz. İlk vaxtlar blogunuzun oxunma faizi az ola bilər, amma ruhdan düşməyib düzgün mövzu seçərək yolununuza davam etsəniz təqribən 4-5 ay ərzində pul qazanmağa başlaya bilərsiniz.
Moda blogu aça biləcəyiniz 10 sahə
1.Qadın geyimləri moda blogu
2.Gəlinlik modelləri blogu
3.Ziyafət geyimləri moda blogu
4.Ayaqqabı modelləri blogu
5.Aksesuar modelləri blogu
6.Defilələr haqqında blog
7.Geyim kombinasiyaları blogu
8.Marka trendləri blogu
9.Hamilə geyimləri blogu
10.Uşaq geyimləri blogu
 
Firma reportaj blogları açmaq
En az rast gəlinən blog profillərindən biridir. Halbuki, pul qazanmağa ən münasib blog sistemidir. Məsələn, İstanbul idman klubları haqqında bir blog açdığınızı düşünün. İstanbuldakı bütün idman klublarının əvvəlcə təqdimatlarını paylaşın, sonra idmanla bağlı reportajlar hazırlayın və paylaşın. Bundan sonra işinizə möhkəm sarılıb oxuyucu auditoriyanızı əlinizdə tutmağı bacarsanız, firmalar sizə ödəniş edərək reportaj verməyə başlayacaqdır. Bunları edərkən oxuyucuların aktiv olmasına və onların da fikirlərini paylaşmağa mütləq əhəmiyyət verin.
Firma reportaj blogu aça biləcəyiniz 10 sahə
1.Şəhərinizdə olan idman klubları blogu
2.Şəhərinizdə olan xarici dil kursları blogu
3.Prefabrik ev firmaları haqqında blog
4.Fast Food firmaları blogu
5.Xidmət firmaları blogu (Yük daşıma xidməti, Dərmanlama və s.)
6.Bölgələr üçün alış-veriş blogu
7.Şəhərinizdə olan nəşriyyat evləri blogu
8.Şəhərinizdə olan əyləncə mərkəzləri blogu
9.Təmzilik firmaları blogu
10.Şəhərinizdə olan geyim firmaları blogu
 
Yemək blogu açmaq
Ən çox blog açılan sahələrdən biri də qida sektorudur. Həm sadə, həm də mövzu seçiminin asan olduğu düşünülə bilər, amma bu sahədə blog açan bir çox insan bir müdətdən sonra ya blogunda yazmağı dayandırır ya da fərqli mövzulardan bəhs etməyə başlayır. Digər yemək bloglarından fərqli olsanız, bu sahədə uğur qazanacaqsınız. Məsələn, oxuyucularınızın yemək reseptlərini paylaşmaq, yemək reseptlərini video çarx şəklində paylaşmaq və hazırlanan yeməklərin qiymətləndirilməsi kimi əlavə məzmunlar yaratmaq sizi digərlərindən bir addım irəli apara bilər.
Yemək blogu aça biləcəyiniz 10 sahə
1.Yemək reseptləri blogu
2.Peçenye reseptləri blogu
3.Şirniyyat reseptləri blogu
4.Dieta yeməkləri blogu
5.Salat reseptləri blogu
6.Gündəlik yemək reseptləri blogu
7.Xəmir xörəkləri blogu
8.Yerli yemək reseptləri blogu
9.Zeytun yağı ilə hazırlanan yeməklər blogu
10.Uşaq yeməkləri blogu
 
Oyun blogları açmaq
Hər kəs oyun oynayır, amma oyunların təqdimatları, oyun tövsiyələri və oyun trendləri haqqında məlumat verən çox az blog var. Bu tərz bloglar xaricdə daha geniş yayılmışdır. Bizdə isə çox azdır və kifayət qədər rəğbət görmür. Halbuki, məzmunu zənginləşdirməklə və oxuyucuların diqqətini çəkən ideyaları daxil etmək surəti ilə uğur qazana bilərsiniz.
Oyun blogu aça biləcəyiniz 10 sahə
1.Google Play’də olan Android oyunları haqqında bir blog
2.iTunes’də olan iPhone-iPad oyunları haqqında bir blog
3.Avtomabil oyunları və təqdimatları blogu
4.Döyüş oyunları və təqdimatları blogu
5.Macəra oyunları və təqdimatları blogu
6.Yemək oyunları və təqdimatları blogu
7.Futbol oyunları və təqdimatları blogu
8.3D oyunlar və təqdimatları blogu
9.2 nəfərlik oyunlar və təqdimatları blogu
10.Uşaq üçün oyunlar və təqdimatları blogu
 
Təhsil blogu açmaq
Təhsillə bağlı bir çox kateqoriya mövcuddur. Məsələn, riyaziyyat dərsini daha çox sevdirən və əyləncəli şəkildə öyrədən bir blog açmaq çox rəğbət görə bilər. Şagirdlərin ehtiyac hiss etdikləri bu tərz bloglarda, sadcə sual-cavab şəklində məzmun paylaşmaq həm sıxıcı, həm də bir müddət sonra oxucu auditoriyanızı itirməyinizə səbəb olacaqdır. Fərqli dərs metodları və oxuyucuların başa düşmədiklərini dərhal soruşub cavab almalarını təmin edən məzmun modellerinin uğur faizi daha da artacaqdır. Həmçinin, ödənişli dərs verənlərin reklamlarını da paylaşa bilərsiniz. Əgər blogunuzun 10 mindən çox izləyicisi olarsa, tədris mərkəzləri də sizə reklam verməyə başlayacaqdır.
Təhsil blogu aça biləcəyiniz 10 sahə
1.Dövlət qulluğuna qəbul imtahanı sualları, cavabları, təlim və tədrisi haqqında blog
2.Riyaziyyat fənnindən suallar, cavabları, təlim və tədrisi haqqında blog
3.Fizika fənnindən suallar, cavabları, təlim və tədrisi haqqında blog
4.Kimya fənnindən suallar, cavabları, təlim və tədrisi haqqında blog
5.Türk dili sualları, cavabları, təlim və tədrisi haqqında blog
6.İngilis dilinin təlim və tədrisi haqqında blog
7.İtalyan dilinin təlim və tədrisi haqqında blog
8.Fransız dilinin təlim və tədrisi haqqında blog 
9.Alman dilinin təlim və tədrisi haqqında blog
10.Ərəb dilinin təlim və tədrisi haqqında blog
 
Online blogların pul qazanmaq üçün modelləri
1.Google Adsense paylaşanı olmaq
2.Məhsul satışı ortaqlığı qurmaq ( gelirortaklari.com və xticaret.com kimi)
3.Xüsusi banner reklamları almaq
4.Reklam agentliyi ilə əməkdaşlıq etmək
5.Sponsor Link almaq
6.Ödənişli məqalə və ya mətbuat bülleteni paylaşmaq
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 
 
 

ŞƏRH YAZIN