Youtube Xaricində Video Çəkərək Pul Qazana Biləcəyiniz Işlər

0
1660
Youtube Xaricində Video Çəkərək Pul Qazana Biləcəyiniz Işlər

YouTube’un İş Ortağı Proqramında edilən dəyişikliklərdən sonra kiçik məzmun yaradıcıların çoxu başqa məcralara yönəlməyə başladı. Digital dünyada dramatik bir dəyişiklik baş verir və istifadəçilər artıq sadəcə yazılı məzmun istifadə etmirlər. Sosial media hesabına video göndərə bilən bir smartfona sahib olan hər kəs, fərqində olub olmadıqları nəzərə alınmadan video materiallar çəkə bilər və internetdən pul qazana bilər.

Hal-hazırda ən bəsit material hazırlayanlar belə paylaşdıqları videolar haqqındakı şərhlərdə pul qazanmağa başladılar. Popluyar inancın əksinə digital məzmun üzərindən pul qazanmaq üçün çox vaxt sərf etmək gərək deyil. Sosial media istifadəçiləri və gündəlik istifadəçilər, onsuzda məzmunun dəyərini bilərək dostlarıyla və ailələriylə online formada paylaşaraq yüksək miqdarada pul qazana bilirlər.
 
YouTube’un ən son siyasi dəyişiklikləri kiçik həcmli məzmun hazırlayanların reklam yoluyla pul qazanmasını çətinləşdirir. Yanvar ayından etibarən YouTube, video hazırlayanların ən az 1000 abunəçi və 4.000 saat baxılma müddətinə (keçən il) malik olamalarını istəməyə başladı. Bu, şirkətin əvvəlki siyasətindən 10.000 baxışa malik olan hər hansı bir kanalın, İş Ortağı Proqramına müraciət etməsinə icazə verən, video hazırlayanların videolarından pul qazanmalarına icazə verən böyük bir dəyişiklikdir. Ümumi izlənmə müddətinə və abunəçilərə yeni bir diqqət yetirdikdə, YouTube dakı dəyişikliklər bir çox  video material hazırlayanlar üçün xüsusilə, daha az və ya daha çox abunəçiləri olanları cəzalandırır.
 
Təəccüblü olmayan bir şəkildə, bu yeni qaydalar, internetdən pul qazanan bir çox təşəbbüskarın gəlirinə təsir etməyə başladı. YouTube’un Ortaqlıq Proqramından daha kiçik məzmun hazırlayanları effektiv bir şəkildə işdən çıxardığı kimi web miqyasında böyük reaksiya göstərdi. Bununla bərabər, son illərdə, fərdi məzmun hazırlayanların videolarının gəlir potensialını ən üst səviyyəyə yüksəltməsinə yardım etmək üçün xüsusi olaraq hazırlanmış yeni video platformaları ortaya çıxdı.
 
Bu platformalardan bəziləri, məzmun hazırlayanların hər bir videonu pul qazanmaq məqsədilə yükləməsinə və paylaşmasına icazə verməklə kifayətlənmir, eyni zamanda məzmun hazırlayanların məzmunun diqqət çəkən bir kütlənin önündə yer tutmasına yardım edərək aktiv bir şəkildə YouTube’a kömək edir.
 
Buna misal olaraq, iki həftəlik tətilinizdə adadakı gözəl mənzərənin səmadan görüntülərini çəkdiyinizi xəyal edin. Bu videonu YouTube’da paylaşsanız pul qazanma ehtimalınız yoxdur. Ancaq bu videonu kütlənizi tapmaq üçün paylaşma portallarında paylaşaraq, sözü gedən video və videolarınızı web saytlarında yayımlamaq istəyən, web saytı yayımlama iş ortaqlarına (misal üçün, səyahət yazıçıları blogu) təqdim edə bilərsiniz və beləliklə videonuzun ilk pul qazanma mərhələləri başlamış olar. Bunun üçün məşhur Youtuber olmaqa lazım deyil, sadəcə bir web saytı yayımcısına qəbul edilən hazırlanma keyfiyyətinə malik və müəyyən dərəcədə subyektiv dəyəri olan videolar yükləməyiniz lazımdır. Bunu etsəniz, videolarınızdan böyük ehtimalla pul qazanacaqsınız.
 
Kameralı smartfonu olanlar videolarından necə pul qazana bilər?
Video portallarında paylaşılan minlərlə videonu gördünüz və hansının uğurlu və hansının uğursuz olduğunu müəyyən edin. Qəti şəkildə bu mövzuda bir formul yoxdur amma, burda online kütlənizi toplamağa və paylaşdığınız videolardan pul qaznmağınızı təklif edirik.
1. Hansı videolara baxıldığını və xüsusilə də nələr hazırlandığını görmək üçün vaxt ayırın. Sevilən, gülməli və ya ilham verən, qısa və yadda qalan videolar uğurları görməyə və yayımcıların videonuza ödəniş etməsinə səbəb olar
2. Gözlərinizi dörd açın! Hər gün bizi güldürən, ağladan və ya qəsb edən səhnələrlə qarşılaşırıq. O anları tutmaq üçün hazır olun. Bu tərz videoları yayımlamaq üçün xəbər saytları sizə də pul ödəyir.
3. Fərqli  məzmunda videolar hazırlamağı tövsiyyə edirik. Gözlədiyiniz qədər yaxşı performans göstərməyən bir videonun yayımlanma risqi yoxdur. Bəzən ən böyük izləyici kütləsini toplayan ən gözlənilməz videolardır.
4. Mümkündürsə videolarınızı keyfiyyətli hazırlayın. Videonuzun peşəkarcasına hazırlanması məcburi olmasa da, daha parlaq və tamamlanmış bir görüntüyə sahib olan videolar daha diqqət çəkici olur.
5. Videolarınızı qoruyun. Videonuz yükləndikdən, qəbul edildikdən və rəqabət halında pul qazanmağa başladığınızda, videonuzu istifadə etmək istəyən media şirkətləri tərəfindən məcbur edilmələrə qarşı özünüzü qorumağınız çox mühüm məsələdir. Hüquqları qoruyan bir portal vasitəsiylə videolarınızın düzgün bir şəkildə izlənildiyindən əmin olun, beləliklə videonuz  sizdən xəbərsiz və münasib bir təzminat ödənilmədən şirkətlər tərəfindən istifadə edilə bilməz.
 
Youtube xaricində video çəkərək necə pul qazanarsınız?
Tətil şirkətləri və saytları: Tətil yerlərini göstərən videolar çəkib bu videoları müəssisələrə və web saytlarına sata bilərsiniz. Əgər bu mövzuda yaxşı və diqqət çəkən videolar hazırlasanız sizə istədiyiniz məbləği ödəmək istəyən bir çox şirkət tapa bilərsiniz. Bu videoları şirkətlər öz web saytlarında, sosial media hesablarında, YouTube’da və digər video izləmə portallarında paylaşmaq üçün alırlar.
Əmlak elan saytları: Əmlak elanlarının bir çoxunda video yoxdur. Əmlakçılarla (reiltorlarla, maklerlerlə) razılığa gələrək satılan əmlaklarıniç və çöl görüntülərindən ibarət qısa videolar çəkə bilərsiniz. Bu videolar, əmlak satışlarını artıracağı üçün fərdi əmlak sahiblərindən də istək alacaqdır.
Avtomobil elan saytları: Əmalkda olduğu kimi avtomobil satışları üçün də videolar çəkə bilərsininz. Avtomobil satış nöqtələri və şəxsi satıcılar üçün bu tərz videolar bəyənilir və sahibinden.com kimi saytlarda vieolarınızı yayımlamaq istəyə bilərlər.
Korporativ şirkət prezentasiyaları: Eyni qaydada xüsusi video çarxlar vasitəsillə korporativ şirkətlərin məhsul və xidmətlərini təqdim edərək pul qazana bilərsiniz.
E-ticarət məhsul təqdimatları: E-ticarət saytları üçün təqdimat video çarxları hazırlaya bilərsiniz. Burada mühüm əhəmiyyət kəsb edən nöqtə, bir video çarxın sadəcə məhsul təqdim etməsi deyil, video çarxda məhsul haqqındakı müsbət fikirləri də əks etdirmək diqqət çəkəcəkdir.
 

ŞƏRH YAZIN