Bizlər niyə 8 saat işləyirik

0
2171
Bizlər niyə 8 saat işləyirik

Biz o qədər gündəlik 8 saat və həftəlik 40 saatlıq iş rejiminə öyrəşmişik ki, 8 saatlıq iş rejiminin səbəbləri barəsində heç düşünmürük.


Bu mövzuda bir çox əfsanələr və tarixçələr vardır. Həqiqətə yaxın olan isə dülgər Samuel Parnellanın tarixçəsidir.


Parnella 8 fevral 1840-cı ildə Yeni Zenlandiyaya köç edir. Yaxşı mütəxəssis olduğu üçün tez bir zamanda iş tapır. Rəhbərliklə ilk gündən 8 saatlıq iş rejimi barəsində şərtləşən Parnella, bunu belə anlatmışdır: “Bir sutkada 24 saat var, bunun 8 saatını işə, 8 saatını istirahətə və 8 saatını istirahətə ayırıram. Üstəlik Londonla müqayisədə burada mütəxəssislər azlıq təşkil edir.”. Lakin o zamanlar insanlar 10-12 saatlıq rejimdə işləyirdilər.


Boş vaxtlarında digər dülgər və fəhlələrlə söhbət edərkən, Parnella öz konsepsiyasını onlara başa salırdı. Nəticədə fəhlələr artıq 10-12 saat işləməyə razı olmurdular.


«888» sxeması ilk öncə Yeni Zenlandiyanı, 1840-ci ilin sonlarında isə artıq Avstraliyanı fəth etmişdir.


Müasir alimlər 8 saatlıq iş rejiminin özünü doğrultmadığını deyirlər. Onların fikrincə avtomatlaşdırma iş saatlarının kiçilməsinə gətirib çıxartmalıdır.


Üstəlik bizlər işdə tam 9 saat keçiririk, axı 1 saat nahara vaxt ayrılır. Ofisə gedib gəlməyi hesablasaq, işə bizim 10-11 saat sutkada vaxtımız gedir!

 

ŞƏRH YAZIN