Bu Qaydalar Biznes Planınıza Stimul Verəcək

0
1856
Bu Qaydalar Biznes Planınıza Stimul Verəcək

Sahibkar olmaq bu gün bir çoxunun arzusu olsa da,başlanğıclar bu yeni iqtisadi əsrin mərkəzində dayandığına görə sahibkar kimi qəbul edilmək hələ də çətindir.O zaman,biznes ideyanızı həyata keçirmək üçün doğru stimul yaratmaq lazımdır.Bu yollar sizə işinizin planını uğurla qurmağınız üçün stimul verəcək.

 
1. Hər bir alternativi axtarıb tapın.
Sadəcə problemi müəyyənləşdirməyiniz onu həll etmək üçün doğru insan olduğunuz demək deyil.Problemləri həll etmək üçün imkanlar mövcuddur.Ola bilsin ki,kömək edə biləcəyin bir yol olsun,lakin siz,ilk öncə,problemi həll edə bilən və səylə çalışan birini tapmalısınız.
 
2. Tanıdığınız hər kəslə danışın.
Siz rəyləri satın ala bilərsiniz,lakin sizə və biznesinizə sərmayə qoyacaq insanları satın ala bilməzsiniz.Başlanğıcda,dostları işə götürməklə siz potensial nümayəndələrdə inam yaradırsınız.
 
3. Sənaye ilə bağlı bacardığınız qədər oxuyun.
İnsanlar mütəxəsislərə qulaq asırlar.Xəritəni öyrənin.Bilik inam yaradır və inam inandırmağa səbəb olur.Siz insanların yalnız sizin məhsullara arxayın olmalarını deyil,həm də sizin markanızın doğru seçim olduğuna etibar etmələrini istəyirsiniz.
 
4. Təbii prototip yaradın.
Dostlarınızın sınaqdan keçirə biləcəyi prototipi inkişaf etdirin.Bu yüksək texnologiyaya əsaslanmaya bilər.Sadə və asan olanı daha yaxşıdır.Stolüstü oyun və ya çubuq fiqurların yerləşdirildiyi elementar internet saytı təşkil edin.Bunu etmək üçün özünüzə bir həftə vaxt verin.Sizin bu ilkin mərhələdə tərtibatçıya və ya külli miqdarda pula ehtiyacınız yoxdur.Təbii prototip yaratmaq sizin heç nədən nə isə  bir şey yarada bildiyinizi göstərir.
 
5. Nə üçün burada olduğunuzu özünüzdən soruşun.
Dünyanı dəyişmək istəyirsiniz? Riçard Branson ilə tanış olmaq istəyirsiniz? Keçmiş həmkarlarınızı və dostlarınızı qısqandırmaq istəyirsiniz? Bunların heç biri bəlkə də baş verməyəcək.Ehtimal olunur ki,siz təvazökar həyatla Tom Henksin "Didərgin" filmindəki yaşayışı arasında qaldığınızı hiss edəcəksiniz.Siz bununla razısınız? Hətta uğursuzluğa düçar olsanız belə bu,axtarmağa dəyər ən mükəmməl yoldurmu?
 
6. Sevmədiyiniz bir işə başlamayın.
Ötən həftə mən öz məhsuluma baxdım və onu həqiqətən sevdiyimi anladım.Mən bu hissi hər gün duya bilərəmmi? Yox.Mən mükəmməl həll yolunu tapmışammı? Qətiyyən yox.
 
Korrektə etdi:Günel İbadova
 
 

 

ŞƏRH YAZIN