İşə müraciət müddətində edilən ən xırda səhv belə sizi işsiz qoya bilər. Odur ki, bu səhvləri etməməyə çalışın:
1 - Necə bir işdə işləmək istədiyini bilməmək.
2 - Karyera etmək istədiyi sahə haqqında məlumat sahibi olmamaq.
3 - Müraciət edilən işlə əlaqəsi olmayan CV hazırlamaq.
4 - Önyazı yazmamaq.
5 - Önyazıya "işə çox ehtiyacım var", "mənə şans verin" kimi müraciət edilən işlə heç əlaqəsi olmayan şeylər yazmaq.
6 - Təsadüfi iş müraciəti etmək, hər yerə CV göndərmək.
7 - İşləmək istədiyiniz firma haqqında məlumat toplamamaq.
8 - İşləmək istədiyiniz vəzifə ilə əlaqədar araşdırma etməmək.
9 - Sosial media hesablarında işə götürmə mütəxəssislərini tərəddüdə salacaq paylaşmalar etmək.
10 - Firmalara əlaqə ünvanı olaraq vorzakon @ ... com, anonimka @ ... com kimi professional həyat üçün uyğun olmayan email hesabları vermək.