Bu səhvləri etməyin ki ...

0
1946
Bu səhvləri etməyin ki ...

 İş görüşmələri zamanı hansı hərəkətlər sizin lehinizə, hansılar əleyhinədir. Bilirsinizmi? Birləşmiş Ştatlarda işədüzəltmə məsələlərilə məşğul olan saytlar içərisində 4 ən vacib portaldan biri olan carreerbuilder.com 3061 iştirakçı arasında keçirilmiş sorğunun nəticələrini açıqlayıb. İştirakçılar isə müxtəlif şirkətlərdə İnsan Resusları və işəqəbul prosesini həyata keçirən peşəkar rekruterlər olmuşdur. Burada onlar sizə iş müsahibələrində rastlanan və namizədlərin əleyhinə işləyən situasiyaları sadalayırlar.


İş görüşmələrində heç vaxt yol verməməli olduğumuz səhvlər

Namizdələrdən biri müsahibə otağını telefonuna zəng gəldiyi üçün tərk edir və gələn zəngin çox “şəxsi” olduğunu söyləyir.
 
İşə namizəd olan şəxsərdən  biri isə müsahibini əmin edir ki, tezliklə ona miras qalacaq və ona görə də uzun müddət işləmək fikri yoxdur. Əmisinin isə “Bir ayağı burda, bir ayağı isə o biri dünyadadır”.
 
İş üçün müraciət edən şəxlərdən biri isə görüş fürsətindən istifadə edərək, işəgötürəndən xahiş edir ki, “şirkəti onun evinə yaxın bir evə köçürsün. Çünki  bu tıxaclarla işə vaxtında çatmaq olmaz”.
 
Namizədlərdən birinin əvvəlki iş yerindən çıxma səbəbi “öz müdirini döymək” olub.
 
Müsahibə zamanı namizədə yemək təklif olunur və o bidirir ki, dostları ilə görüşüb, “bir iki qədəh içməyə gedəcəklər”, ona görə qarnını doldurmaq istəmir.
 
Mühasib vəzifəsinə müraciət etmiş iştirakçılardan biri isə bildirir ki, “onun ən güclü tərəfi insanlar ilə rahat ünsiyyətə girməkdir, rəqəmlər ilə elə də arası yoxdur”.
 
Xanım namizdələrdən biri isə müsahibə gedə-gedə darağını çıxararaq, saçlaırnı darıyır.
 
Müsahiblərdən biri intervüyə gecikməsini “saatın zəng çalmaması” ilə izah edir.
 
Müsahiblərdən biri bildirir ki, “bağışlayın, şirkət haqqında Google-də axtarış etmək üçün vaxtım olmadı”.
 
Müsahiblərdən biri deyir: “Əvvəlki müdirim, əsl əclaf insan idi”.
 
Unutmayın ki, müsahibə qısa zaman çərçivəsində Sizə özünüzü ən yaxşı tərəfdən təqdim etmək üçün yaradılmış imtahan növüdür. Bu fürsətdən maksimum yararlanıb özünüz haqqında xoş insan və peşəkar kadr təəssrütı oyatmalısınz.

Yuxarıdakı səhvlər, sizin işə qeyri-ciddi münasibət göstərdiyinizi, qeyri-punktual olduğunuzu, verilən vakansiya haqqında araşdırma aparmağı lazım bilmədiyinizi, keçmiş müdirlər haqqında xoş danışmadığınızı və s səhlənkar xüsusiyyətlərinizi ortaya qoyur.

Bu səhvləri etməyin ki, işsiz qalmayasınız.

Müsahibəyə gecikmək (hər hansı bir bəhanə ilə), müraciət etdiyinin şirkəti tanımamaq, vakansiya haqqında məlumatı tam oxumamaq, müraciət etdiyin vakansiyaya uyğun olmamaq və bunu büruzə vermək, müsahibəyə qeyri-adekvat geyinmək, müsahibəyə dəvət zamanı zənglərə cavab verərkən düzgün danışıq qaydalarına əməl etməmək və ən əsası “nə istədiyini bilməmək” bizim gənc namizədlərdə ən çox rast gəlinən səhvlərdəndir.

Daha bir hal isə müsahiblərin intervüyə, valideynlərinin, rəfiqə və ya dostlarının, nişanlı və ya sevgililərinin müşayiəti ilə gəlməsi və həmin müşayiətçilərin az qala intervü zalına gəlib çıxmasıdır.
 
Bu da həmin insanın kifayət qədər müstəqil və sərbəst hərəkət edə bilməyən birisinin olmasını sübut edir.

ŞƏRH YAZIN